"Bavariya"nın muzeyində komandanın hücumçusu Harri Keynin Münhen təmsilçisində oynadığı ilk mövsümündə qazandığı mükafatlardan ibarət sərgi yaradılıb.
QOL.az xəbər verir ki. bu barədə 31 yaşlı forvard öz sosial şəbəkə hesablarında paylaşım edib.
"Bavariyadakı ilk mövsümümdə qazandığım bəzi mükafatlarımın "Allianz Arenadakı klub muzeyində nümayiş etdirilməsindən qürur duyuram. Ailəm və mən Münhendə özümüzü evimizdəki kimi hiss edirik. Buna görə də təşəkkür edirəm! 2025-ci ildən böyük uğurlar gözləyirik!”
Muzeydə təqdim olunan mükafatlar arasında, Keynin Avropa liqalarının bombardiri kimi aldığı “Qızıl buts”, Bundesliqanın son mövsümünün ən yaxşı hücumçusu kimi layiq görüldüyü mükafat, Çempionlar Liqasının bombardiri mükafatı və s. var.


Azərbaycan millisi Andorraya qalib gəldi
“Kamp Nou”nun tam hazır olacağı tarix açıqlandı
Emin Mahmudova xüsusi hədiyyə təqdim olundu - Şəkillər
“Turan Tovuz”un futbolçusunun yığması uduzdu
Stas Pokatilov millidə növbəti oyuna çıxdı
Andorra - Azərbaycan: Heyətlər
“Real”a keçə bilər
"Qaradağ Lökbatan"ın 7 qollu qələbəsindən - Video
“Qalatasaray”ın ev oyunu stadionu dəyişdirildi
“Qaradağ Lökbatan” və “Şirvan”dan böyükhesablı qələbə