İspaniyanın "Sevilya" klubu qış transfer pəncərəsi üçün yol xəritəsini hazırlayıb.
QOL.az xəbər verir ki, bu barədə vamosmisevillafc.com saytı məlumat yayıb. Məlumata görə, klub yanvarda 2 oyunçu almaq niyyətindədir. Onlardan biri hücuma meylli cinah yarımmüdafiəçi, digəri mərkəz hücumçusudur. Bu transferlər klubun prioritedir.
Bildirilib ki, "Sevilya" hücum mövqeyinə məhz "Qarabağ"ın oyunçusu Juninyonu almaq istəyir. Baxmayaraq ki, ilkin danışıqlarda ispanlar "Qarabağ"dan mənfi cavab alıblar.
O da qeyd edilib ki, futbolçunun özü ilə bir müddət əvvəl hər şey razılaşdırılıb. İndi "Qarabağ"ın bu transferə icazə verməsi üçün ispanlar tərəfindən mexanizmlər işə salınıb. Məlumata görə, Juninyo qışda "Sevilya"ya keçmək üçün klubuna təsir edir.
Qeyd edək ki, "Qarabağ" daha əvvəl "Sevilya"dan gələn rəsmi transfer təklifinə imtina cavabı verib. Klubun direktoru Emrah Çelikel daha öncə QOL.az-a bildirib ki, buna təklif edilən məbləğin klubun tələblərinə cavab verməməsi səbəb olub. Lakin danışıqlar dayandırılmayıb. İspanlar transferin bu qış həyata keçməsinə çalışırlar.
Qeyri-rəsmi xəbərlərə görə, Ağdam klubu 28 yaşlı futbolçunun transferi üçün "Sevilya"dan ən azı 8 milyon, bəzi mənbələrinə iddiasına əsasən isə 10 milyon avro tələb edir.
Jununyonun "Qarabağ"la müqaviləsi 2028-ci ilin yayında başa çatır.
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı
"Neftçi" "İmişli"yə qalib gəldi
Kuadradonun yeni klubu açıqlandı
"Barselona"dan Həmzə ilə yeni müqavilə
Yakiroviç Premyer Liqada bütün məşqçiləri qabaqladı
Əfsanəvi futbolçu Dambrauskasdan müsahibə aldı - Video
"İmişli" - "Neftçi": Heyətlər
İngiltərə millisinin üzvü ilə davam
AFFA-da klublar üçün seminar keçirildi
Xames Rodrigesin transferi açıqlandı
Hamidu Keyta bu kluba keçdi
Arda Turan PSV ilə oyundan danışdı
“Akademiyamızda çox istedadlı uşaqlar var” - Nadir Nəbiyev
Patrik Dorqu: “Sabah”ın ustalığı görünür”
Çempionlar Liqasında həftənin oyunçusu adına 4 namizəd
Pokatilov ÇL-də ən çox qurtarış edən qapıçılar arasında
"Bazel" Lixtştayneri istefaya göndərdi
“Mən onun böyüyüyəm, “davam edəcəksən” dedimsə, bitdi!”
“Bavariya”dan Çempionlar Liqasında inanılmaz seriya
"Mançester Yunayted" - "Sabah" matçının - Videoicmalı
Maykl Kerrik “Sabah”ı təriflədi
"Bu oyundan dərs çıxaracağıq" - Valdas Dambrauskas