"Liverpul" qış transfer pəncərəsi üçün planları məlum olub.
QOL.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
Klub çox sayda futbolçu transfer etməyi planlaşdırmır. Hazırda Arne Slotun komandası Premyer Liqada liderdir. Buna görə də klub rəhbərliyi komandada ciddi dəyişikliklərə ehtiyac olmadığını düşünür.
"Mersisaydlılar" hazırda yalnız bir futbolçu ilə ciddi şəkildə maraqanırlar. Bu, "Lion"un hücumameyilli yarımmüdafiəçisi Rayan Çerkidir.
Qeyd edək ki, "Liverpul" Premyer Liqada 39 xala malikdir (16 matça) və 2-ci yerdəki "Çelsi"ni (7 oyun) 4 xal qabaqlayır.
"Liverpul" Çempionlar Liqasının Liqa mərhələsində maksimum nəticə göstərməyə davam edir. Komanda 18 xalla liderdir.
Azərbaycan millisi Andorraya qalib gəldi
“Kamp Nou”nun tam hazır olacağı tarix açıqlandı
Emin Mahmudova xüsusi hədiyyə təqdim olundu - Şəkillər
“Turan Tovuz”un futbolçusunun yığması uduzdu
Stas Pokatilov millidə növbəti oyuna çıxdı
Andorra - Azərbaycan: Heyətlər
“Real”a keçə bilər
"Qaradağ Lökbatan"ın 7 qollu qələbəsindən - Video
“Qalatasaray”ın ev oyunu stadionu dəyişdirildi
“Qaradağ Lökbatan” və “Şirvan”dan böyükhesablı qələbə