"Liverpul" hücumçusu Məhəmməd Salahla yeni müqavilə imzalamağa hazırlaşır.
QOL.az xəbər verir ki, bu barədə insayder Nikolo Şkira məlumat yayıb.
Misirli futbolçu ilə yeni sözləşmə 2027-ci ilin yayına qədər qüvvədə olacaq. Müqaviləyə 12 ay müddətinə uzadılma variantı da daxil ediləcək.
Daha öncə Salah açıqlamasında bildirmişdi ki, "Liverpul" ona yeni müqavilə imzalamaq barədə heç nə deməyib və böyük ehtimalla o, müqaviıəsi başa çatanda - 2025-ci ilin iyununda klubu tərk edəcək.
Qeyd edək ki, Salah 2017-ci ilin yayından “Liverpul”da çıxış edir. O, bu klubla İngiltərə Premyer Liqasının, ölkə kubokunun, Çempionlar Liqasının və FİFA Klublararası dünya çempionatının qalibi olub.
Daha əvvəl forvardla PSJ və "Barselona"nın maraqlandığı haqda məlumatlar yayılmışdı.
Azərbaycan millisi Andorraya qalib gəldi
“Kamp Nou”nun tam hazır olacağı tarix açıqlandı
Emin Mahmudova xüsusi hədiyyə təqdim olundu - Şəkillər
“Turan Tovuz”un futbolçusunun yığması uduzdu
Stas Pokatilov millidə növbəti oyuna çıxdı
Andorra - Azərbaycan: Heyətlər
“Real”a keçə bilər
"Qaradağ Lökbatan"ın 7 qollu qələbəsindən - Video
“Qalatasaray”ın ev oyunu stadionu dəyişdirildi
“Qaradağ Lökbatan” və “Şirvan”dan böyükhesablı qələbə