37 yaşlı hücumçu ilə müqaviləni uzatdılar

37 yaşlı hücumçu ilə müqaviləni uzatdılar
XƏBƏR 25 Dekabr 2024 / 15:25 1048
-  A +

"Selta" futbolçusu Yaqo Aspasla müqaviləsini uzadıb.

QOL.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

37 yaşlı hücumçu ilə yeni sözləşmənin müddəti 2026-cı ilin yayınadək nəzərdə tutulub.

Yaqo İspaniya LaLiqasının cari mövsümündə 16 oyun keçirib, 6 qol vurub və 3 qolun ötürməsini verib. 2008-2013-cü illərdə "Selta"da oynayan Aspas 2015-ci ildə bu kluba qayıdıb. O, "Liverpul" və "Sevilya"nın da formasını geyinib. 


Son xəbərlər
25.12.24  12:26

"Barselona"da itki