Rusiya Futbol İttifaqının (RFİ) prezidenti Aleksandr Dyukov bildirib ki, ölkəsinin milli komandası 2025-ci ilin birinci yarısında yoxlama matçı keçirəcək. Həmin oyun Avropa komandalarından biri ilə olacaq.
QOL.az xəbər verir ki, bu barədə o, "RİA Novosti" agentliyinə açıqlamasında bildirib. Amma RFİ rəhbəri konkret hansı komanda ilə oynayacaqlarını deməyib.
"Sport-ekpress" qəzetinin yazdığına görə, DÇ-2026-nın Avropa seçmə mərhələsinin püşkatma mərasimindən sonra məlum olub ki, yoxlama matçları üçün 2025-ci ilin mart və iyun ayları 24 komanda üçün boşdur. Həmin komandalar arasında Azərbaycan millisi, eləcə də Belarus, Ermənistan, Macarıstan, Türkiyə, Gürcüstan, Bolqarıstan da var.
Xatırladaq ki, Rusiyanın Ukrayna hücumçundan sonra bu ölkənin bütün komandaları 2022-ci ilin fevralından FİFA və UEFA-nın bütün yarışlarından xaric edilib.
Azərbaycan millisi Andorraya qalib gəldi
“Kamp Nou”nun tam hazır olacağı tarix açıqlandı
Emin Mahmudova xüsusi hədiyyə təqdim olundu - Şəkillər
“Turan Tovuz”un futbolçusunun yığması uduzdu
Stas Pokatilov millidə növbəti oyuna çıxdı
Andorra - Azərbaycan: Heyətlər
“Real”a keçə bilər
"Qaradağ Lökbatan"ın 7 qollu qələbəsindən - Video
“Qalatasaray”ın ev oyunu stadionu dəyişdirildi
“Qaradağ Lökbatan” və “Şirvan”dan böyükhesablı qələbə