Bir neçə gün əvvəl ev oyunlarını keçirdiyi "Olt Trafford" stadionunda gəmiricilər aşkarlanan “Mançester Yunayted” bu dəfə yeni bir mövzu ilə gündəmə gəlib.
QOL.az xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.
"Qırmız şeytanlar"ın rəhbərliyi Milad bayramları ilə bağlı ənənəvi şənlik keçirməmək qərarı qəbul edib. Klub Milad şənliyini ləğv edib. Bunu baş direktor Omar Berrada birgə işçi iclasında təsdiqləyib.
"Mançester Yunayted"in qərarı klub işçilərini o qədər şoka salıb ki, komandanın kapitanı Bruno Fernandeş rəhbərliyə Milad şənliyi keçirmək üçün bütün xərcləri öz üzərinə götürmək istədiyini bildirib. Lakin onun təklifi rədd edilib.
“Mançester Yunayted”in şənliyi ləğv etməklə təxminən 250 min funt-sterlinqə qənaət etdiyi qeyd olunub. Lakin klub iddia edir ki, bu qərar maliyyə məsələsinə görə deyil. Onlar İngiltərə çox insanın işdən azad edildiyi vaxtda Yeni il şənliyi keçirməyin yersiz olduğunu düşünürlər.
Qeyd edək ki, "Mançester Yunayted" bir müddətdir maliyyə xərclərini azaltmaq üçün tədbirlər həyata keçirir.
Azərbaycan millisi Andorraya qalib gəldi
“Kamp Nou”nun tam hazır olacağı tarix açıqlandı
Emin Mahmudova xüsusi hədiyyə təqdim olundu - Şəkillər
“Turan Tovuz”un futbolçusunun yığması uduzdu
Stas Pokatilov millidə növbəti oyuna çıxdı
Andorra - Azərbaycan: Heyətlər
“Real”a keçə bilər
"Qaradağ Lökbatan"ın 7 qollu qələbəsindən - Video
“Qalatasaray”ın ev oyunu stadionu dəyişdirildi
“Qaradağ Lökbatan” və “Şirvan”dan böyükhesablı qələbə