AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker qurumun mətbuat xidmətinin suallarını cavablandırıb.
QOL.az xəbər verir ki, belçikalı mütəxəssis həm Elçin Məsiyevin FİFA-da I kateqoriyaya yüksəlməsinə münasibət bildirib, həm də Misli Premyer Liqasının geridə qalan ilk yarısında hakimlərin performansını dəyərləndirib.
- Elçin Məsiyevin FIFA-da I kateqoriyaya yüksəlməsinə münasibətiniz necədir?
- Bu, təkcə Elçin üçün deyil, həm də AFFA Hakimlər Komitəsi üçün çox sevindirici xəbərdir. FIFA-nın birinci qrupunda artıq iki hakimimiz var (digəri Əliyar Ağayevdir - red.) və bu, əla nəticədir. Bunu ağır əmək və davamlı performansların nəticəsi, eyni zamanda UEFA-nın hakimlərimizi yaxından izlədiyinin göstəricisi kimi dəyərləndirmək olar. Həmçinin, Azərbaycandakı bütün hakimlərə müsbət təkan verəcək.
- Elçin Məsiyevin bu kateqoriyaya yüksəlməsində əsas rolu nələr oynadı?
- FİFA hakimi olaraq ardıcıl hərəkət etməli, hər oyunda komandanla birlikdə zirvədə olmalısan. Hakim kimi mümkün qədər “görünməz” qalmalısan. “Görünməz” hakim yaxşı hakimdir, o, oyunda nə baş verdiyini yaxşı bilir. Bu, fiziki hazırlıq, oyunçularla münasibət, epizodu öncədən hiss etmə, aydın qərar qəbul etmə və dil bilikləri kimi müxtəlif bacarıqların birləşməsidir. İngilis dili Avropa futbolunda ünsiyyət üçün çox vacibdir. Baş hakim həm meydanda, həm də ondan kənarda komandanın lideridir. Avropada öz ölkəni təmsil etmək böyük şərəfdir.
- Azərbaycan tarixində ilk dəfə iki hakimimiz I kateqoriyada olacaq. Belə qənaətə gəlmək olarmı ki, hakimliyimizin səviyyəsi getdikcə artır?
- Mən 6 aydır ki, AFFA-nın Hakimlər Komitəsinin rəhbəriyəm və hakimlərimizin irəliləyişə nail olduqlarını görürəm. Onlar inkişafdadırlar. Çünki birlikdə əsl komanda kimi çalışırıq. Bir-birimizi dəstəkləyirik, birlikdə qazanır, birlikdə məğlub oluruq. Bu, yeni mentalitetdir! Açıq və şəffaf ünsiyyətlə yaxından çalışırıq. Komandamızda hər kəs önəmlidir. Oyunlar zamanı meydanda liderləri, qərar verənləri görürəm və UEFA-nın təlimatlarını, VAR-la bağlı müdaxilə standartlarını izləyirik. Yüngül cərimə zərbələri və ya əsassız qırmızı vərəqələr vermək istəmirik. Əlbəttə, hakimlərimiz kompüter deyil, onlar da səhv edə bilərlər. Amma böyük səhvlərdən qaçmalıyıq. Hər gün bunun üçün çalışırıq.
- İki hakimimizin I kateqoriyada olması Azərbaycan futbolunun və hakimliyinin gələcəyinə nə kimi fayda verə bilər?
- Ümid edirəm ki, gənc oğlan və qızları hakim olmaq üçün motivasiya edə bilərik. Onlara ehtiyacımız var, çünki hakimsiz futbol yoxdur. Bu səbəbdən hakimlərimizi hörmətlə dəstəkləmək və qorumaq lazımdır. Hakimlik liderlik, məsuliyyəti öz üzərinə götürmə, oyunçularla ünsiyyət qurma kimi bacarıqları gətirir. Bunlar gündəlik həyatımızda istifadə etdiyimiz və ehtiyac duyduğumuz bacarıqlardır. Bunu hər kəsə tövsiyə edirəm. Çünki hakimlik həyatınızı müsbət yöndə dəyişir.
- Son olaraq Misli Premyer Liqasında ilk yarı artıq başa çatıb. Hakimlərin qış fasiləsinə qədərki performanslarını necə qiymətləndirirsiniz?
- Mövsümün ilk hissəsində çox çalışan bir qrup gördüm. Başlanğıcda hakimlərin və VAR-ın qərarları arasında balans tapmaq vacib idi. UEFA-nın müdaxilə xəttini izlədik. Yəni hakim meydanda öz qərarlarını verməli, VAR-ı gözləməməlidir. VAR yalnız hakimin aşkar səhv etdiyi hallarda kömək edir. Hakimlər oyunlar zamanı məsuliyyəti öz üzərlərinə götürürlər, VAR isə yalnız lazım olduqda kömək edir. Referilərimiz daha çox özünəinam və oyuna nəzarət nümayiş etdirdilər. Meydanda qərar verən hakimdir, VAR deyil. Bu, mövsümün başlanğıc nöqtəsi idi. Həmçinin, irəliləyiş edən bir qrup da gördüm. Əlbəttə ki, mükəmməl olmaq mümkün deyil. Amma birlikdə məntiqli və anlaşılan qərarlar vermək üçün əlimizdən gələni edirik. Hər gün departament, fiziki hazırlıq üzrə məşqçilər və hakim-inspektorlarla birgə eyni fəlsəfə ilə işləyirik. Hakimlərin meydanda ən yaxşı performansı göstərmələri üçün çalışırıq. İndi isə mövsümün vacib ikinci hissəsinə hazırlaşmaq vaxtıdır. Biz hazır olacağıq. Hakimlər komandamıza güvənin.
Rafinya "Disneyland Paris"i irqçilikdə günahlandırdı
"Arsenal"ın oyunçusu "Beşiktaş"a keçməyəcək
"Şamaxı" yoxlama oyunu keçirdi
"Trabzonspor" "Mançester Yunayted"lə razılaşdı
"Barselona" onunla yeni müqavilə imzalamaq niyyətində deyil
"Azərbaycanlılar antifutbol göstərirdilər"
2-ci Liqaya start verildi, 3 oyun keçirildi
Harri Maquayra Səudiyyə Ərəbistanından təklif
Alkantara "Barselona"ya qayıdır
"Kəpəz"də yeni təyinat
Villianın yeni klubu rəsmən açıqlandı
Azərbaycan millisi Farer adalarına qalib gəldi
Mbappe Arda Güleri qabaqladı
"Mançester Yunayted"də ayın ən yaxşısı seçildi
"Barselona" onunla yeni müqavilə imzalayır
Enrikenin başına hadisə gəldi
Emin Mahmudov azarkeşlərdən üzr istədi
Azərbaycan boksçusu dünya çempionatına qələbə ilə başladı
Qurban Qurbanov: “Özlərini qeyri-peşəkar apardılar - Video
Ronaldo Ermənistanda azarkeşi itələdi - Video
Azərbaycan millisinin qapısındakı 5 qol - Video
DÇ-2026-ya vəsiqə qazandılar
“Zirə”nin yarımmüdafiəçisi üçün 56 dəqiqə
“Nəticəyə görə çox utanırıq” - Emin Mahmudov
Marko Yankoviç Çexiyaya qarşı oynadı
“Axı nəyə görə istefa verməliyəm?” - Fernandu Santuş
Ukrayna millisi Bakıya məğlub gəlir
İslandiyadan millimizə 5 cavabsız qol
U-21 millimiz Portuqaliyaya böyük hesabla məğlub oldu
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Qarabağ" yeni əməkdaşlığa başladı
"Kayrat" ÇL-ə sifariş etdiyi oyunçu ilə yollarını ayırdı
Türkiyə nəhəngləri "Real"ın oyunçularını hədəflədilər
"Barselona" yetirməsi ilə yollarını ayırdı
İslandiya - Azərbaycan matçı üçün - Heyətlər
"İmişli" yoxlama oyununda qalib gəldi
Millimizin Gürcüstanla oyunları üçün heyəti müəyyənləşdi
“Liverpul” Salahı onunla əvəz etmək istəyir
“Messi Fransada çox aqressiv ab-hava ilə üzləşdi”
Boksçumuz növbəti mərhələyə yüksəldi - Dünya çempionatı
Fransa klubundan baş məşqçi ilə bağlı qərar
"Qarabağ" niyə hücumçu almadı? - Tahir Gözeldən cavab
Millimizin üzvü əvəzedici komandaya göndərildi