“Turan Tovuz”un kapitanı Şəhriyar Əliyevin QOL.az saytına müsahibəsi
- İlin son oyununda “Neftçi” ilə bərabərə qaldınız. 1:1 hesablı heç-heçə haqda nə deyə bilərsiniz?
- Oyunun çətin keçəcəyini bilirdik. “Neftçi” bu vəziyyətdən çıxmaq istəyir. Ona görə də bizi ağır bir qarşılaşma gözləyirdi. Birinci hissədə zəif çıxış etdik. Rəqibin bir şansı oldu, ondan da istifadə etdi. Fasilədən sonra üstünlük tamamilə bizim tərəfimizdə idi. Heyf ki, qələbə qolunu vura bilmədik. Belə oyunda xal itirdiyimiz üçün təəssüflənirik.
- Mövsümün ilk hissəsi geridə qaldı. İlk 18 turu “Turan Tovuz” üçün necə qiymətləndirmək olar?
- Düzdür, qış fasiləsinə ilk üçlükdə yollandıq. Bu, pis nəticə deyil. Amma xallarımızın sayı daha da çox ola bilərdi. Bəzi matçlarda lazımsız xallar itirdik. Çalıcağıq ki, qış fasiləsindən sonra daha yaxşı çıxış edək.
- İlk iki dövrədə cəmi iki matçda məğlub oldunuz və maraqlıdır ki, hər ikisi də “Araz-Naxçıvan”a...
- Bəli, “Araz-Naxçıvan”a hər iki oyunda uduzduq. “Araz-Naxçıvan” elə komandadır ki, onlarla matçda gərək səhvə yol verməyəsən. Bir şans olan kimi, dərhal ondan maksimum yararlanırlar.
- Qarşıdakı iki dövrədən gözləntiləriniz nədir?
- Bizi qarşıda iki çətin və gərgin dövrə gözləyir. Mövsümün qalan hissəsi çox çətin keçəcək. Bu, artıq həlledici mərhələ olacaq. Ona görə də gərginlik daha da artacaq. Çalışacağıq ki, ilk iki dövrədə etdiyimiz səhvləri təkrarlamayaq. Əlimizdən gələni edəcəyik ki, daha yaxşı təsir bağışlayaq.
- Hazırda lider “Qarabağ”dan 15, ikinci pillədəki “Araz-Naxçıvan”dan 7 xal geri qalırsınız. Bu xal fərqini azaltmaq mümkündür, yoxsa elə üçüncü yer komandanızı qane edəcək?
- Futbolda hər bir nəticə mümkündür. Lakin indidən hansısa yer, yaxud xal sayı barədə düşünmürük. Hər şeyi son 2 dövrə göstərəcək.
- Fasilə müddətinin az olması planlarınıza nə dərəcədə təsir edəcək?
- Baş məşqçimiz bildirdi ki, ilk növbədə istirahət etməliyik. Daha sonra yaxşı təlim-məşq toplanışı keçəcəyik. İnanıram ki, fasilə müddətində heyətimiz daha da güclənəcək və mövsümün qalan hissəsində daha yaxşı çıxış edəcəyik.
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı
"Neftçi" "İmişli"yə qalib gəldi
Kuadradonun yeni klubu açıqlandı
"Barselona"dan Həmzə ilə yeni müqavilə
Yakiroviç Premyer Liqada bütün məşqçiləri qabaqladı
Əfsanəvi futbolçu Dambrauskasdan müsahibə aldı - Video
"İmişli" - "Neftçi": Heyətlər
İngiltərə millisinin üzvü ilə davam
AFFA-da klublar üçün seminar keçirildi
Xames Rodrigesin transferi açıqlandı
Hamidu Keyta bu kluba keçdi
Arda Turan PSV ilə oyundan danışdı
“Akademiyamızda çox istedadlı uşaqlar var” - Nadir Nəbiyev
Patrik Dorqu: “Sabah”ın ustalığı görünür”
Çempionlar Liqasında həftənin oyunçusu adına 4 namizəd
Pokatilov ÇL-də ən çox qurtarış edən qapıçılar arasında
"Bazel" Lixtştayneri istefaya göndərdi
“Mən onun böyüyüyəm, “davam edəcəksən” dedimsə, bitdi!”
“Bavariya”dan Çempionlar Liqasında inanılmaz seriya
"Mançester Yunayted" - "Sabah" matçının - Videoicmalı
Maykl Kerrik “Sabah”ı təriflədi
"Bu oyundan dərs çıxaracağıq" - Valdas Dambrauskas
"Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı açıqlandı
"Sabah"dan ağır məğlubiyyət - Çempionlar Liqası
İsmayıl Kartal “Fənərbaxça”dan istefa verdi
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi