“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola komadasının uğursuz nəticələri haqda növbəti dəfə danışıb.
QOL.az xəbər verir ki, mütəxəssis İngiltərə Premyer Liqasının 17-ci turunda “Aston Villa”ya uduzduqları oyundan (1:2) sonra açıqlamasında bunları deyib:
“Biz bütün rekordları qırdıq. İndi isə antirekordlar qırmağa başlayırıq. Təəssüf ki, bu doğrudur...”.
Qeyd edək ki, “Mançester Siti” hazırda Premyer Liqanın turnir cədvəlində 7-ci pillədə qərarlaşır. Komanda bütün turnirlərdə keçirdiyi son 12 matçın 9-da uduzub. “Mançester Siti” digər 3 görüşün 2-də heç-heçə edib, yalnız 1-də qalib gəlib. "Şəhərlilər" Çempionlar Liqasında isə 8 xalla 22-cidirlər.
Xatırladaq ki, "Mançester Siti" İngiltərə Premyer Liqasının son çempionudur. Komanda 2016-cı ildən etibarən Xosep Qvardiolanın baş məşqçiliyi altında ümumilikdə 6 dəfə Premyer Liqanın qalibi olub.
Azərbaycan millisi Andorraya qalib gəldi
“Kamp Nou”nun tam hazır olacağı tarix açıqlandı
Emin Mahmudova xüsusi hədiyyə təqdim olundu - Şəkillər
“Turan Tovuz”un futbolçusunun yığması uduzdu
Stas Pokatilov millidə növbəti oyuna çıxdı
Andorra - Azərbaycan: Heyətlər
“Real”a keçə bilər
"Qaradağ Lökbatan"ın 7 qollu qələbəsindən - Video
“Qalatasaray”ın ev oyunu stadionu dəyişdirildi
“Qaradağ Lökbatan” və “Şirvan”dan böyükhesablı qələbə