“Qarabağ”ın müdafiəçisi Marko Veşoviç Misli Premyer Liqasının 18-ci turunda “Araz-Naxçıvan”ı 2:0 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. QOL.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:
- İli 3 xalla başa vurdunuz. “Araz-Naxçıvan” üzərində qazanılan 2:0 hesablı qələbəni necə şərh edərdiniz?
- Çox maraqlı oyun keçdi. Gərgin qarşılaşma idi. Bu matçı bir növ kiçik derbi də saymaq mümkündür. Qalib gəlmək istəyirdik. “Araz-Naxçıvan” da çox yaxşı oynadı. Buna baxmayaraq, istəyimizə çatdıq, meydanı 3 xalla tərk etdik. İli qələbə ilə başa vurduğumuz üçün çox şadıq. “Araz-Naxçıvan”la aradakı xal fərqini bir qədər də artırdıq. İndi yaxşıca dincəlmək olar.
- Birinci hissədə rəqib futbolçu Ürfan Abbasovla xeyli müddət mübahisə etdiniz. Nə baş vermişdi, nəyi bölüşdürə bilmirdiniz?
- Dediyim kimi, bu matç kiçik derbi idi. Matçın gedişində belə gərgin anlar olur. Amma nə baş veribsə, meydanda qaldı. Oyundan sonra hər şeyi unutduq.
- Lakin duran topu arxadan Ürfana vurmağınız narazılıqla qarşılandı...
- Həmin epizodda top dayanmışdı, mən də Juninyoya ötürmə vermək istəyirdim. Təsadüfən belə alındı. Qəsdən ona zərbə endirmədim.
- Artıq mövsümün ilk yarısı başa çatdı. Ötən illə cari mövsümün ilk iki dövrəsini müqayisə etsək, çempionatın səviyyəsində fərq var?
- Bəli, çempionatın səviyyəsi artır. Çox səviyyəli futbolçular gəlib. İldən ilə inkişaf gedir. Birmənalı şəkildə fərqi hiss edirik. Səviyyənin qalxması üçün keyfiyyətli legionerlərin gəlişi mütləqdir. Bu halda rəqabət, maraqlı oyunların sayı artar və belədə stadiona daha çox azarkeş toplaşar.

- Uzunmüddətli zədədən qayıtdınız. Bir müddət kənarda qaldığınızı nəzərə alsaq, başa çatmaqda olan ili özünüz üçün necə dəyərləndirirsiniz?
- Hər futbolçunun karyerasında zədə olur. Təəssüf ki, hər zaman sağlam qalmaq mümkün deyil. Məndən başqa da zədəli futbolçularımız oldu. Ümid edirəm ki, 2025-ci il daha yaxşı olacaq. Zədəsiz bir il keçirəcəyik.
- Bəs, “Qarabağ” üçün başa çatmaqda olan ili necə qiymətləndirmək mümkündür?
- Bu ili bir ömür xatırlayacağıq. “Braqa” və “Bayer”lə oyunlar heç vaxt unudulmayacaq. Tarixi nəticələr idi. Ümumilikdə mövsümün ilk hissəsi əla keçdi. Avrokuboklarla yanaşı, mövsümün sonunda həm çempion olduq, həm də ölkə kubokunu qazandıq. Təəssüf ki, yaydan sonra hər şey istədiyimiz kimi alınmadı. Çempionlar Liqasında qrup mərhələsində oynamaq istəyirdik. Lakin pley-offda uduzduq. Avroliqada isə 6 maçtdan 5-də məğlubiyyət acısı yaşadıq. Halbuki daha yaxşı nəticələr qazanamq mümkün idi.
- Avroliqada vəziyyət elədir ki, real yanaşsaq, pley-off şansınız çox azdır. Bu məqam son 2 oyuna köklənməyinizə mane olmayacaq?
- Xeyr, hər iki matça ciddi yanaşacağıq. Əlimizdən gələni edəcəyik. Lakin indiki məqamda hər şeydən bizdən asılı deyil. Digər komandaların da necə oynayacağından çox şey asılıdır. Bununla belə, əminliklə deyirəm ki, biz bütün gücümüzü meydanda qoyacağıq ki, son iki oyunda qələbə qazanaq. Sona qədər mübarizə aparacağıq.
- İlin sonunda müxtəlif sorğular keçirilir ki, onlardan da biri Azərbaycanda ilin futbolçusudur. Siz hansı yerli futbolçunu ilin ən yaxşısı adına layiq görürsünüz?
- Bir qədər düşünməliyəm (fikirləşir).
- Deyəsən, qəliz sual oldu... “Qarabağ”dakı komanda yoldaşlarınızdan da seçə bilərsiniz.
- Elədirsə, o zamanı əminliklə Toral Bayramov deyirəm. Gəncdir, bu il çox vacib qollar vurub. Birmənalı şəkildə deyirəm ki, onun gözəl gələcəyi var.
“Qarabağ”ın çəkisi çox ağırdır" - Qurban Qurbanov
Pley-off mərhələsindən uzaqlaşdılar, 4 xalları silindi
Milliyə yeni baş məşqçi təyin olundu
Yenidən Bundesliqaya qayıda bilər
"İnter"in yeni formaları - Şəkillər
Premyer Liqa klublarının hədəfinə düşdü
Baş məşqçi hakimdən narazı qaldı
Muaddib “Qarabağ”da məşqlərə başladı - Şəkillər
55 yaşlı futbolçu yenidən yaşıl meydanlarda - Video
Klub baş məşqçiyə görə təzminat tələb edə bilər
"Real"ın yeni kapitanı bəlli oldu
Haaland "Barselona"ya keçir?
"Beşiktaş"dan 10 milyonluq təklif
Premyer Liqadan düşsə, futbolçularını göndərəcək
DÇ-2026: Portuqaliya heyətində kimlər var?
"Bu, iki ən çətin çempionluqdan biri idi" - Rövşən Hüseynli
Futbolçulara gedəcəyini açıqlayıb
Avstriya millisinin DÇ-2026 üçün yekun heyəti
Milliyə çağırılmadı, "Çelsi"də mövsümün ən yaxşısı seçildi
"Atletiko" bu formalarla oynayacaq - Şəkillər
FİFA referiləri 1-ci liqa oyununda
Nənəsi Sakanın oyununa baxmaq üçün “Emireyts”də - Video
"Mançester Yunayted" 40 yaşlı qapıçını saxladı
“Şəfa”nın ilk mövsümdə məqsədi Premyer Liqada qalmaq olacaq”
"Liverpul"un yeni formaları - Şəkillər
"İnter"ə qayıdır
“Klubda baş məşqçini Ceyhun Sultanov dəyişmir”
Arteta ÇL finalı üçün azarkeşlərə müraciət etdi
Fransa çempionatında mövsümün rəmzi komandası məlum oldu
Konte "Napoli" ilə müqaviləsini ləğv etməyə yaxındır
İnzaqi "Əl-Hilal"dan gedir
Qvardiolanı kim əvəz edəcək?
“Şamaxı”nın bombardirinə təkliflər var
Braziliya millisinin DÇ-2026 üçün - Yekun heyəti
“Arsenal” çempionluğa bir addım da yaxınlaşdı
“Quba” - “Dinamo” matçında 4 qol, 1 qırmızı vərəqə - Video
“Şamaxı”nın legioneri əməliyyat olunub
"Çelsi"yə qarşı matçı buraxacaq
Tovuz stadionu Konfrans Liqasına görə təmirə bağlanır
Azarkeşlərə görə matçı boykot edə bilərlər
"Barselona"dan yeni rekord
“Araz-Naxçıvan” 20-ci dəfə ölkə çempionu oldu