Misli Premyer Liqasının 18-ci turu Filip Ozobiç üçün əlamətdar olub.
QOL.az PFL-in saytına istinadən xəbər verir ki, “Turan Tovuz”la səfər oyununda fərqlənən yarımmüdafiəçi “Neftçi”nin heyətində çempionatda 10-cu qolunu vurub.
Bu, Ozobiçin 10 və daha çox qol vurduğu 3-cü komandadır. O, “Qəbələ”də 16, “Qarabağ”da 35 dəfə rəqib qapısına yol tapıb.
Filip Azərbaycan çempionatları tarixinə üç klubda 10 və daha çox qol vuran ilk legioner əsilli futbolçu kimi düşüb. Azərbaycan millisinin xorvatiyalı yarımmüdafiəçisi bu qollardan bir hissəsini legioner statusu daşıdığı dövrdə vurub.
Ümumilikdə isə Filip üç və ya daha çox komanda ilə 10 və ya daha çox qola imza atan 16-cı futbolçudur. Mütləq rekord isə Kənan Kərimova məxsusdur. O, beş fərqli klubda buna nail olub. Kərimov “Qarabağ”da 16, “Kəpəz”də 14, “Şəmkir”də 19, “Turan”da 15, “Qəbələ”də 11 dəfə fərqlənib. Nazim Əliyev, Samir Əliyev, Vidadi Rzayev və Xaqani Məmmədov dörd klubda, 11 oyunçu isə üç komandada belə məhsuldarlıq göstərib.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə