“Bilirdik ki, bizi çətin oyun gözləyir. “Turan Tovuz” kifayət qədər güclü komandadır. Üstəlik, evdə, öz azarkeşləri önündə oynayırdı. Biz də meydana vuruşmaq, qələbə qazanmaq üçün çıxmışdıq. Qalib gəlmək istəyirdik. Təəssüf ki, belə alındı”.
QOL.az saytına müsahibəsində bu sözləri “Neftçi”nin kapitanı Rza Cəfərov Misli Premyer Liqasının 18-ci turunda “Turan Tovuz”a qarşı keçirilən oyundan (1:1) sonra deyib.
O, qış fasiləsindən sonra toparlanacaqlarını bildirib: “Turnir cədvəlində vəziyyətimiz ürəkaçan deyil. Amma son turlar vəziyyət yaxşıya doğru gedir. İnanıram ki, fasilədən sonra toparlanıb daha yaxşı çıxış edəcəyik”.
21 yaşlı qolkiper qeyd edib ki, Samir Abasov komandaya özünəinamı qaytarmaq istəyir: “Mövsümə uğursuz başladıq. Ardıcıl məğlubiyyətlər, xal itkiləri komandaya psixoloji cəhətdən mənfi təsir göstərdi. Bunun üçün də ilk növbədə özünəinamı qaytarmaq lazımdır. Samir müəllim də məhz bunun üçün çalışır”.
R.Cəfərov fasilədə heyətdə dəyişiklik olacağını vurğulayıb: “Fasilə zamanı heyətdə dəyişikliklər olacağını düşünürəm. Yəqin ki, həm gedənlər olacaq, həm də gələnlər. Vuruşmaq lazımdır. Mövsümün ikinci yarısında daha yaxşı çıxış etməliyik. İnanıram ki, bu vəziyyətdən çıxacağıq”.
“Neftçi”nin kapitanı sonda azarkeşlərə səslənib: “Hazırkı vəziyyət heç birimizi qane etmir. Birlikdə bütün çətinlikləri geridə qoyacağıq. Azarkeşlər daim yanımızdadırlar. Onların dəstəyini hər zaman hiss edirik. Mövsümün ikinci yarısında onları daha çox sevindirəcəyik”.
Mahir qol ötürməsi etdi, komandası qələbə qazandı
“Mançester Yunayted” 8 qollu matçda qalib gələ bilmədi
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
Azərbaycan yığması Latviyaya məğlub oldu
“Mançester Siti”dən növbəti antirekord
"Sabah" və "Şamaxı"nın 4 qollu heç-heçəsindən - Video
"Bu nəticə bizim üçün qəbuledilməzdir” - Dambrauskas
“Çempionatın ən gənc komandasıyıq” - Azər Bağırov
"İmişli" - "Sumqayıt" matçından - Video
"Sabah" "Şamaxı" ilə, "İmişli" "Sumqayıt"la heç-heçə etdi
“Araz-Naxçıvan”da 200-cü oyun
“Heç-heçə ədalətli nəticə oldu” - Ervins Perkons
“Çempionatda ciddi güc fərqi yoxdur” - Filipe Kandido
Dünya çempionatına vəsiqə qazandıran məşqçi göndərildi
Milliyə kimlər çağırıldı?
"Sabah" - "Şamaxı": Heyətlər
“Qarabağ”da 100-cü oyun
Son 4 mövsümün antirekordu
"İmişli" - "Sumqayıt": Heyətlər açıqlandı
Rusiya klubunun futbolçusu Azərbaycan millisinə çağırıldı
Millinin baş məşqçisi “Qarabağ”ın legionerindən nə gözləyir?
Messi MLS-in ən yaxşı bombardiri oldu
Ağadadaş Salyanski: “Millidən dəvət gözləyirdim”
“Real” rəqiblərinə aman vermir
36-cı dəfə Argentina çempionu oldular
Azərbaycan Vətən müharibəsində Zəfərini qeyd edir
"Mançester Siti" autsayderə uduzdu, "Arsenal"dan qələbə
La Liqada günün nəticələri
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər