Almaniyanın 2-ci Bundesliqasında 17-ci turun oyunları keçirilir.
QOL.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Mahir Emrelinin komandası "Nürnberq" evdə “Braunşveyq”lə qarşılaşıb. Matç "Nürnberq"in 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 49-cu dəqiqədə Stefanos Tsimas vurub.
Mahir də bu oyunda iştirak edib. Əvvəlki matçlardan fərqli olaraq, o, bu dəfə ehtiyatda yer alıb. Emreli 78-ci dəqiqədə Tsimasın əvəzinə meydana çıxıb.
Qeyd edək ki, hazırda “Nürnberq” turnir cədvəlində 22 xalla 11-cidir. “Braunşveyq” isə 13 xalla 17-ci pillədə qərarlaşır.
Əlavə edək ki, M.Emreli bu mövsüm “Nürnberq”in heyətində bütün turnirlərdə 13 oyunda meydan çıxıb, 4 qol vurub və 1 qolun ötürməsini edib. O, son 6 matçda fərqlənə bilməyib.
La Liqaya haker hücumu
“Çelsi” Alonsoya şans verəcək
“Mançester Yunayted”ə qayıda bilər
Musiala məşqdə yenə huşunu itirdi
Renat Dadaşovun komandasından qələbə
Premyer Liqada yeni tamaşaçı rekordu
“Avrokuboklara vəsiqə qazansaq...” - Azər Məmmədov
“Kəpəz” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə bu dəfə də ehtiyatda qaldı
“İmişli”nin baş məşqçisi təyin edildi
"Kəpəz" - "Qarabağ" matçında heç-heçə, "Neftçi"dən qələbə
Mahir oynadı, komandası qalib gəldi
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
Gəncədəki qarşılaşmaya Mehman Allahverdiyev start verdi
Maksimov “Neftçi”yə məğlubiyyətdən danışdı