"Qarabağ"ın hücumçusu Olavio Juninyo "Sevilya" ilə yanaşı Avropanın daha bir tanınmış klubunun maraq dairəsindədir. Həmin komanda hazırda Çempionlar Liqasında oynayır.
QOL.az xəbər verir ki, bu haqda İspaniyanın AS nəşri məlumat yayıb.
Daha öncə İspaniyanın "Sevilya" klubu Juninyo üçün "Qarabağ"a rəsmi təklif göndərib. Ağdam klubunun direktoru Emrah Çelikel hələ 2 gün öncə QOL.az saytına verdiyi açıqlamada məlumatı təsdiqləyərək “Sevilya”dan Juninyoyaya görə rəsmi təklif aldıqlarını söyləyib. Bununla belə, o, maddi məsələdə razılığa gəlmədiklərini də söyləmişdi:
“Əvvəla qış fasiləsi zamanı futbolçu tapmaq hər bir klub, o cümlədən bizim üçün çətin olur. “Sevilya” klubuna göndərdiyimiz rəsmi cavabda onlara futbolçumuza göstərdikləri maraqları üçün təşəkkürümüzü bildirməklə yanaşı qarşı tərəfdən təklif olunan məbləğin klubumuzun tələbinə cavab vermədiyini də qeyd etmişik”.

"AS" nəşri yazır ki, vinger və hücumçu almaq istəyən "Sevilya" üçün Juninyonun transferi favoritdir. Lakin qəzet onu da qeyd edir ki, "Qarabağ" braziliyalıya görə çox pul tələb edir.
Klubun belə bir maliyyə təklifi irəli sürməyi düşündüyünü yazan qəzet Juninyonun özündən də təzyiq jesti gözləyir.
Qəzetin yazdığına görə, hazırda Çempionlar Liqasında yarışan Serbiyanın "Srvena Zvezda" klubu da Juninyonu heyətinə cəlb etmək istəyir.
“Kəpəz” bəyanat yaydı
Həyat yoldaşı vəfat etdi
Messidən sonra Argentina millisi ilk oyunlarına hazırlaşır
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi
AFFA-da yeni təyinatlar
Mahir oynadı, komandası uduzdu
Mundiala aparılmadı, millidən getmək qərarı verdi
Azarkeş “Barselona”nın futbolçusuna hücum etdi
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
Derbidəki VAR qərarı hakimlərə baha başa gəldi
Keyndən “Qızıl top”la bağlı qərar
"Azarkeş amili “Kəpəz”in ən güclü tərəfidir"
İkardinin “Latsio”ya transferi təxirə düşdü
"Heç kimdən üzr istəməyəcəyəm"
Ronaldo “Əl-Nəsr”i almağa hazırlaşır?
Misli.az-da "Sürətlə Yeni Mövsümə" kampaniyası başladı!
“Bayer”dən Benzema açıqlaması
La Liqanı Premyer Liqa ilə müqayisə etdi
Simon Banza Yunanıstan klubuna keçdi
Puxaç: "Onların dəyəri yüz milyonlarla avrodur" - Video