Futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Vitali Borisov Avro-2026-nın əsas mərhələsi çərçivəsində İsveç yığması ilə keçirilən oyundan sonra fikirlərini bildirib.
QOL.az xəbər verir ki, o, əvvəlcə 3:3 hesabı ilə başa çatan matçı dəyərləndirib:
“Oyuna yaxşı başladıq, qol da vurduq. Sadəcə, birinci hissədə 5 foul limitini erkən doldurduq. Bundan sonra öz oyunumuzu göstərə bilmədik, ehtiyatlı olmağa çalışdıq. Çünki 12 dəqiqə ərzində əlavə cəriməyə görə 10 metrlik təyin olunacaqdı. İkinci hissədə daha yaxşı çıxış etdik. Uşaqların oyununu bəyəndim. Qol epizodlarından istifadə edə bilmədik. Rəqib isə 5-ci oyunçu ilə oynadı və 2 qol vurdu. Bunun üzərində çox işləmək lazımdır. Təəssüf ki, millinin toplanışında buna çox vaxt ayırmaq olmur. Uşaqlar yaxşı mübarizə apardılar, sona qədər “vuruşdular”. Rəqibin fərqləndiyi ikinci qolda hakim səhv qərar qəbul etdi. Top rəqibdən çıxsa da, autdan topu onlar oyuna daxil etdilər və qol vurdular. Bu görüşdə qələbəyə layiq idik”.
Baş məşqçi yeni komanda qurduqlarını deyib: “Yerli futzalçılarla işləməkdən həzz alıram, amma çatışmayan cəhətlərimiz kifayət qədərdir. Heyətimizdə yaşlı futzalçılar var. Onlar da bir neçə ildən sonra karyeralarını başa vuracaqlar. Ona görə də gəncləri tapmalı, onları öyrətməliyik”.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil