"Çelsi"nin ukraynalı yarımmüdafiəçisi Mixail Mudrik müvəqqəti olaraq futboldan uzaqlaşdırılmasına münasibət bildirib.
QOL.az xəbər verir ki, 23 yaşlı oyunçunun dopinq testi müsbət nəticələnib. Onun "A" nümunəsində qadağan olunmuş maddə aşkar edilib. Yaxın günlərdə isə "B" nümunəsinin nəticəsi açıqlanacaq.
İngiltərə Futbol Assosiasiyası Mudriki müvəqqəti olaraq futboldan kənarlaşdırıb. Son testin nəticəsinə əsasən, futbolçu haqda yekun qərar veriləcək. Ukrayna mətbuatında Mudrikin 4 il müddətinə futboldan uzaqlaşdırılacağı haqda məlumatlar yayılıb.
Mudrik bu haqda sosial şəbəkələrdə paylaşım edib və heç bir qadağan olunmuş maddədən istifadə etmədiyini bildirib:
“Mənə FA-ya təqdim etdiyim nümunədə qadağan olunmuş maddənin olması barədə məlumat verilib. Bu, məndə həqiqətən də şok yaratdı. Çünki mən heç vaxt bilərəkdən qanunsuz maddələrdən istifadə etməmişəm və ya qaydaları pozmamışam. Bunun necə baş verdiyini anlamaq üçün komandamla sıx işləyirəm. Səhv bir şey etmədiyimi bilirəm və tezliklə meydanlara qayıdacağıma inanıram. İndi prosesin məxfiliyinə görə daha çox şey deyə bilmərəm”.
Qeyd edək ki, Ukrayna millisi DÇ-2026-nın seçmə mərhələsində Azərbaycanın rəqibidir. Mudrik isə millinin aparıcı üzvlərindən biridir. Bu isə o deməkdir ki, Ukrayna yığması Azərbaycan və digər rəqibləri ilə görüşdə Murdikin xidmətindən məhrum olmaq təhlükəsi ilə üz-üzədir.
Azərbaycan millisi Ukrayna ilə ilk oyununu 2025-ci il sentyabrın 9-da evdə, növbəti qarşılaşmasını isə oktyabrın 13-də səfərdə keçirəcək.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil