Avro-2026-nın əsas mərhələsində mübarizə aparacaq futzal üzrə Azərbaycan millisi sabah İsveçlə qarşılaşacaq.
QOL.az xəbər verir ki, bu gün oyunöncəsi son məşqini keçirən millinin üzvü Xəzər Ağalızadə Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlamasında həm toplanışı dəyərləndirib, həm də rəqiblə bağlı fikirni bildirib:
“Bir həftədən çoxdur ki, təlim-məşq toplanışındayıq. Həm taktiki, həm də fiziki planda çalışmalar yerinə yetirdik. Bu gün Bakı idman Sarayında ilk, ümumilikdə isə oyuna hazırlıq baxımından son məşqimizi keçirdik. Komanda olaraq çox istəkliyik. Doğma meydan amili və azarkeş üstünlüyünü lehimizə çevirməliyik. Maraqlı görüş olacağını düşünürəm. Təəssüfləndiyim məqam odur ki, kapitanımız Emin Kürdov və hücumçu Kənan Manafov zədə səbəbindən bizə kömək edə bilməyəcək”.
Millinin aparıcı üzvlərindən olan futzalçı İsveç yığması ilə bağlı da danışıb: “UEFA Çempionlar Liqasının ilkin mərhələsində bu ölkənin çempionu - “Uddevalla” ilə qarşılaşmışdıq. İsveç millisinin əksər üzvləri bu klubda toplaşıb. Bundan başqa, İsveçin Yunanıstanla görüşünü də izləmişik. Müəyyən məlumata sahibik. Baş məşqçimiz də müəyyən tapşırıqlar verib. Məncə, hər şey öz əlimizdədir. Sabah birlikdə uğur qazanmaq üçün ən yaxşısını etməyə çalışacağıq. Azarkeşlərimizin bu oyunda bizi dəstəkləməsini istərdim”.
Qeyd edək ki, oyun dekabrın 17-də Bakı İdman Sarayında keçiriləcək. Saat 20:00-da start götürəcək görüşdə azarkeşlər üçün zala giriş biletsiz olacaq.
“Komandanın hazırkı vəziyyəti məni qane edir” - Rui Jorje
Qrizmann ilin ən yaxşı futbolçusu seçildi
34 yaşında karyerasını bitirdi
Azərbaycan millisi İraqla qarşılaşdı
Yığmamız Farer adalarına qalib gəldi
Yüksək maaşı İngiltərəyə dönüşünə mane olur
Yalnız ÇL-də çıxış edəcək kluba keçməyə hazırlaşır
"Xankəndi"nin evdəki ilk oyununa maraq necədir?
Vinisius baş məşqçidən narazı qaldı
“Mançester Yunayted” onu hədəfə aldı
“Araz-Naxçıvan”ın zədəli futbolçusundan xəbər var
Qazaxıstan millisinin baş məşqçisi ilə müqavilə uzadılmadı
Braziliya Sinqapura 7 qol vurdu
Nurmaqomedovlar həbsdən azad edildilər
Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazandı
1-ci liqada oyunların saatı açıqlandı
Orsatonun gəlişindən sonra qayda pozuntularının sayı azalıb
Azərbaycanı dünya çempionatında təmsil edəcək şahmatçılar
Dünya çempionu vəfat etdi
Bu gün QOL.az saytının 18 yaşı tamam olur
"Arsenal" onunla razılaşdı
Gəncədə "Qarabağ"la oyuna böyük maraq var
1 qola görə mümkün pley-off-dan kənarda qaldıq
Millidə debüt matçında qol vuran Eşqin: "Çox xoşbəxtəm"
Bugünkü oyunları yayımlayacaq kanallar
Niderland millisindən tarixi antirekord
Başından top zərbəsi alan futbolçu vəfat etdi
Millətlər Liqasında qrup mərhələsi yekunlaşır
Xavi: “Bu, biabırçılıqdır”
“Portuqaliyanın uduzmasına sevindim” - Ronaldonun anası
“Onu “Qarabağ”dan transfer etmək istəyirdik, alınmadı”
İngiltərə klubu yeni baş məşqçisini rəsmən açıqladı
UEFA-nın FİFA prezidentliyinə namizədi oldu
“Neftçi”nin legioneri qələbədə iştirak etdi
“Bundan da yaxşı ola bilərik” - Ayxan Abbasov
İki boksçumuz Avropa çempionatına qələbə ilə başladı
“Şirvan” 3 xalı 5 qolla qazandı - Video
Azərbaycan millisi Andorraya qalib gəldi
“Kamp Nou”nun tam hazır olacağı tarix açıqlandı
Emin Mahmudova xüsusi hədiyyə təqdim olundu - Şəkillər
“Turan Tovuz”un futbolçusunun yığması uduzdu
Stas Pokatilov millidə növbəti oyuna çıxdı
Andorra - Azərbaycan: Heyətlər
“Real”a keçə bilər
"Qaradağ Lökbatan"ın 7 qollu qələbəsindən - Video
“Qalatasaray”ın ev oyunu stadionu dəyişdirildi
“Qaradağ Lökbatan” və “Şirvan”dan böyükhesablı qələbə