"Neftçi"nin baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 17-ci turunda "Kəpəz" üzərində 2:1 hesablı qələbələrini şərh edib.
QOL.az xəbər verir ki, o, görüşdən sonra keçirilən mətbuat konfransında deyib:
"Futbolçularıma təşəkkür edirəm. Nəticədən razı qaldım, çünki bugünkü gündə bizə nəticə vacibdir. Oyun haqda danışmaq istəmirəm, sadəcə futbolçularıma təşəkkürümü bildirirəm ki, üzərilərində olan təzyiqə baxmayaraq qələbə qazandılar. Hesabda nə qədər öndə olsaq da, hər zaman oyun əldən gedirdi. Bu stressin altından çıxdılar və lazım olan anda mübarizəyə girdilər. İşimizə davam edəcəyik. Bəlkə də, hər oyun təkrar edirəm bunu, amma bu gün bu nəticəyə ehtiyacımız var idi. Bir daha futbolçularıma təşəkkür edirəm".
Mütəxəssis "Məlumdur ki, "Neftçi"ni bu durumdan çıxarmaq üçün gecə-gündüz çalışırsınız. Düşünmürsünüz ki, Ramil Şeydayevi oyuna buraxmaqla özünüz özünüzə quyu qazırsınız?" sualına belə cavab verib:
"Hücumda Yeqor Boqomolski başladı. Bunu rəqibi və onların müdafiəçilərini nəzərə alaraq etdik. Fikirləşirəm ki, düzgün seçim idi. Birinci hissədə rəqibin müdafiəçilərini təzyiqdə saxlaya bilirdi. Ondan sonra zədələnməsi və əvəzlənməyini istəməsi deməzdim ki, planları pozdu, amma məcburi alındı. Nəzərə alaq ki, hamısı bizim futbolçulardır. Ona görə həmin mövqedə bir futbolçuya nəsə olursa, digərisini oyuna buraxmalıyıq. Quyu qazmaq barədə düşünmürük. Sadəcə futbolçularla məşqlərdə işləyirik və onları yaxşı duruma gətirmək istəyirik.
Reallığı bilmək istəsəniz, "Neftçi"də oynayan futbolçular bu təzyiqi aşmalıdırlar. Əsasən də öz meydanlarında. Amma bu da yanlış fikirdir. "Neftçi"nin futbolçusu və məşqçisi üçün ev və ya səfər oyunu fərq etməməlidir. Təzyiqli vəziyyətlərdən çıxmağı bacarmalıyıq. Əfsuslar olsun, o qədər psixoloji vəziyyətimiz pisdir ki, hər futbolçu öz üzərində bir yük hiss edir. Bunu da qalibiyyətlərlə aradan qaldıra bilərik. Ən xoşlamadığım şeydir ki, şəxsi futbolçulardan danışım. Maksimum nəyə qadirdilərsə çalışacağıq, üzə çıxaraq".
S. Abasov komandada olan problemlərdən də söz açıb: "Bilmirəm, necə adlandırım. Adlandırsam, səhv başa düşüləcək. Bura gəldiyim birinci gündən aşırı şəkildə zədə problemləri yaşayırıq. Heç vaxt belə şeylərə rast gəlməmişəm. 2-ci məşqdən sonra 3 futbolçu birdən sıradan çıxmışdı. Ya toqquşur ayağı sınır, ya xroniki zədələri üzə çıxır. Qeyri-adi məşqlər də verilməyib bu hallarda. Birinci oyundan da sonra yenə 2-3 nəfər sıradan çıxır. Daima bu proseslər yaşanır. Bu bizə balanslı şəkildə məşq etməyə və oyunlara hazırlaşmağa maneçilik törədir.
Bu gün elə 6 zədəli oyunçumuz var idi. Yerlilər də az deyil idi aralarında, ona görə limitlə bağlı rotasiyalarda çətinlik çəkə bilərdik. Soyunub-geyinmə otağından çıxanda bir şeyə fokurslanırıq və məqsədimiz qələbə qazanmaq olur. Amma oyunun gedişatında nəsə sönəndə, artıq problemlər yaşamağa başlayırıq. Bunun da fərqi yoxdur, oyunun neçənci dəqiqəsində olur. 2:0 qələbə qazandığımız oyunda da ("Şamaxı"ya qarşı, son hesab 2:2 - red.) bu cür oldu. Sonra da qapımıza qollar vuruldu. Hamısı da yaxşı qollar idi, təsadüfi yox. Yəni oyunun əvvəlində epizodlar yaratmısansa, bunu davam etdirə bilərsən. Amma biz əksinə oyundan qopuruq. İkinci hissədə rəqibin məğlub olduqdan sonra təzyiq etməsi normaldır. Amma narahat edən odur ki, qol epizoduna girirsən və təzyiqə görə səhv qərarlar verirsən. Sanki birinci dəfə matça çıxmısan. Bu, bütün futbolçulara aiddir. Bunları artıq anlayıram. İnşallah, fasiləyə qədər "Turan Tovuz"la bir oyunumuz qalıb. Söz vermək istəmirəm, amma biraz rahatlamağa vaxtımız olandan sonra formatlanmış kimi gəlib, bəlkə də, yeni şeylər edə bilərik".
“Qarabağ”ın çəkisi çox ağırdır" - Qurban Qurbanov
Pley-off mərhələsindən uzaqlaşdılar, 4 xalları silindi
Milliyə yeni baş məşqçi təyin olundu
Yenidən Bundesliqaya qayıda bilər
"İnter"in yeni formaları - Şəkillər
Premyer Liqa klublarının hədəfinə düşdü
Baş məşqçi hakimdən narazı qaldı
Muaddib “Qarabağ”da məşqlərə başladı - Şəkillər
55 yaşlı futbolçu yenidən yaşıl meydanlarda - Video
Klub baş məşqçiyə görə təzminat tələb edə bilər
"Real"ın yeni kapitanı bəlli oldu
Haaland "Barselona"ya keçir?
"Beşiktaş"dan 10 milyonluq təklif
Premyer Liqadan düşsə, futbolçularını göndərəcək
DÇ-2026: Portuqaliya heyətində kimlər var?
"Bu, iki ən çətin çempionluqdan biri idi" - Rövşən Hüseynli
Futbolçulara gedəcəyini açıqlayıb
Avstriya millisinin DÇ-2026 üçün yekun heyəti
Milliyə çağırılmadı, "Çelsi"də mövsümün ən yaxşısı seçildi
"Atletiko" bu formalarla oynayacaq - Şəkillər
FİFA referiləri 1-ci liqa oyununda
Nənəsi Sakanın oyununa baxmaq üçün “Emireyts”də - Video
"Mançester Yunayted" 40 yaşlı qapıçını saxladı
“Şəfa”nın ilk mövsümdə məqsədi Premyer Liqada qalmaq olacaq”
"Liverpul"un yeni formaları - Şəkillər
"İnter"ə qayıdır
“Klubda baş məşqçini Ceyhun Sultanov dəyişmir”
Arteta ÇL finalı üçün azarkeşlərə müraciət etdi
Fransa çempionatında mövsümün rəmzi komandası məlum oldu
Konte "Napoli" ilə müqaviləsini ləğv etməyə yaxındır
İnzaqi "Əl-Hilal"dan gedir
Qvardiolanı kim əvəz edəcək?
“Şamaxı”nın bombardirinə təkliflər var
Braziliya millisinin DÇ-2026 üçün - Yekun heyəti
“Arsenal” çempionluğa bir addım da yaxınlaşdı
“Quba” - “Dinamo” matçında 4 qol, 1 qırmızı vərəqə - Video
“Şamaxı”nın legioneri əməliyyat olunub
"Çelsi"yə qarşı matçı buraxacaq