Almaniya Bundesliqasının 14-cü turunda ötən gün keçirilən "Union" - "Bohum" matçında (1:1) xoşagəlməz anlar yaşanıb.
QOL.az xəbər verir ki, matçın 90+1-ci dəqiqəsində yerli azarkeşlərin atdığı alışqan qonaqların qapıçısı Patrik Drevesin başına dəyib. Fanatlar qapıçının vaxtı uzatdığına görə bu addımı atıb.

Dreves zərbədən sonra yerə yıxılıb və həkimlərin müdaxiləsindən sonra meydanı tərk edib. Matçın baş hakimi isə hər iki komandanı paltardəyişmə otağına göndərib. 25 dəqiqəlik fasilədən sonra komandalar meydana qayıdıb. Qapıçı Dreves isə meydana çıxmaq istəməyib. "Bohum" bütün əvəzetmələri etdiyindən qapıda hücumçu Filip Hofmann dayanıb.
Oyunun bərpasından sonra futbolçular yerlərindən tərpənməyib və hakim final fitini çalıb. "Bohum" nümayəndələri oyundan sonra baş verənlərə etiraz ediblər. Onlar baş verənlərə görə baş hakimin oyunu yarımçıq dayandırmalı olduğunu bildiriblər.
“Union" klubundan verilən açıqlamada isə alışqan atan azarkeşin aşkar edilərək polisə təhvil verildiyi qeyd edilib.
PSJ ilə 100-cü qələbə
"Qəbələ"nin sabiq futbolçusu "Kayrat"da
"Bu gün nisbətən yaxşı oyun nümayiş etdirdik" - Saşa İliç
"Sumqayıt" "Osiyek"ə məğlub oldu
"Zirə" Ukrayna və Çexiya komandalarına uduzdu - Yenilənib-2
5 oyunda 6 qol vurdu, ayın ən yaxşısı seçildi
"Neftçi" Çin klubuna qalib gəldi
Cenk Tosunun yeni klubu rəsmiləşdi
Premyer Liqada ötən ayın ən yaxşı məşqçisi məlum oldu
Konfrans Liqasında pley-offun püşkü atıldı
Nabi Keyta "Ferentsvaroş"da qaldı
U-21 millimiz yoxlama oyununda qalib gəldi
Bu gün “Qarabağ”da debüt etdilər - Şəkillər
“Mingəçevir” 7 futbolçunu göndərib, 5 yeni oyunçu alıb
Volkan Demireldən Nəriman və Medina açıqlaması
Kaşuk xorvatlara elə bir qol vurdu ki… - Video
“Araz-Naxçıvan” daha bir yoxlama oyunu keçirəcək
"Tələbələrimin Olimpiya çempionu olmasını istəyirəm"
U-21 millimizin üzvü klubundan ayrıldı
"Roma"dan hücumçu transferi
Millinin heyətindən çıxarıldı