Almaniya 2-ci Bundesliqa təmsilçisi “Nürnberq”in baş məşqçisi Miroslav Kloze komandasının futbolçusu Mahir Emreli barədə danışıb.
QOL.az xəbər verir ki, 46 yaşlı mütəxəssis “Bild” nəşrinə Azərbaycan millisinin hücumçusunun nümayiş etdirdiyi oyunla bağlı fikirlərini bildirib.
“Ona kompakt oynamağın vacibliyini izah etdim, daha intensiv məşqlərə ehtiyacı olduğunu söylədim. O, hər şeyi başa düşür. Mən çox müsbət cəhətlər görürəm, lakin bu o demək deyil ki, bazar günkü matçda (“Köln”lə oyunda - red.) hər şey düzələcək” - deyə Kloze qeyd edib.
“Nürnberq”in baş məşqçisi Emrelinin tez-tez nümayiş etdirdiyi texnikalı oyun barədə də danışıb: “Ona dedim ki, mənim üçün xüsusi bir şey etməyə ehtiyac yoxdur. Sadəcə, effektli olmasını istədim. Çünki əgər əhvalın pisdirsə və az qaçırsansa, o zaman bu fəndlərin heç bir faydası olmayacaq. Oyuna qayıtmağın yeganə yolu intensivlik və hərəkətlilikdir”.
Xatırladaq ki, M.Emreli bu mövsüm “Nürnberq”in heyətində bütün turnirlərdə 11 oyuna çıxıb, 4 qol vurub və 1 qolun ötürməsini edib.
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı
Azərbaycan çempionatının adı dəyişdi - Şəkillər
Skaloni: "Argentina millisi üçün vacib dövr başlayır"
Misli Premyer Liqasında növbəti baş məşqçi istefası
İspaniya millisi ilə yola davam…
Azərbaycandan Pakistan millisinə çağırıldı
Haalanddan maraqlı göstərici
Koul Palmer millinin heyətindən kənarda qaldı
“Zirə”nin üç legioneri milli komandalara dəvət aldı
“Barselona” futbolçusuna 500 milyon avro qiymət qoydu
Evində-eşiyində oynamamağın zülmü
“Sabah”ın oyunçusunun bu görüntüsü maraq doğurdu - Video