Bu mövsüm Konfrans Liqasında Liqa mərhələsinin oyunlarını Sumqayıtda keçirmiş Minsk "Dinamo"sunun baş məşqçisi Vadim Skripçenko Azərbaycandakı şəraitləri haqda danışıb.
QOL.az xəbər verir ki, o, Konfrans Liqasının 5-ci turunda "Larn"la (Şimali İrlandiya) oyundan (2:0) sonra keçirilən mətbuat konfransında deyib ki, hələ qarşıdakı bir həftəni Bakıda keçirəcəklər.
“Oteldə qalırıq. Ona görə hələ 5 gün məşq edəcəyik. Yeri gəlmişkən, məşqləri "Sabah"ın bazasında keçirəcəyik. Klub bizə bu şəraiti yaratdı. Sabah istirahət günümüzdür, komanda dincələcək. Birisigün (sabah - red.) isə məşqlərə başlayacağıq və Konfrans Liqasının "Panatinaikos"la matçına hazırlaşacağıq. Yalnız dekabrın 17-si Afinaya yola düşəcəyik”.
Mütəxəssis Azərbaycana təşəkkürünü çatdırıb: "Sumqayıt, Bakı şəhərlərinə, azərbaycanlı dostlarımıza minnətdarlığımı bildirirəm ki, bizə yaxşı şəraitdə, yaxşı stadionda, keyfiyyətli qazonu olan meydançada matçlarımızı keçirməyə imkan yaratdılar. Bu, bizim üçün vacibdir. Ona görə azərbaycanlı dostlarımızın bizə yaratdıqları şəraitdən razıyıq. Üstəlik, necə qarşılandığımızı və burada yaşamaq üçün şəraiti qeyd edəcəyəm - bu, bizdə heç bir sual yaratmadı. Ona görə böyük minnətdarlığımı çatdırıram.
Qidalanma, yaşayışla bağlı nüanslar olanda otelin işçiləri ilə həll edə bilirik. Azərbaycanda üçüncü, həlledici keçirməyimiz və qalibiyyətlə başa vurmağımız yaxşı əlamətdir".
V. Skripçenko Azərbaycan futbolunu izlədiyini də qeyd edib: "Azərbaycan futbolunu, əsas da böyük tarixi olan klublarını izləyirəm. Bu, Bakı "Neftçi"sinə aiddir. Həmçinin bizim futbolçumuz Yeqor Boqomolskinin ordakı çıxışını da izləyirəm. O, iki il əvvəl mənim komandamda oynayırdı, sonra özünü doğruldaraq Azərbaycana getdi. "Kəpəz"də Yeqor Xvalko oynayır. O, güvənli görsənir, baxmayaraq ki, onun komandası "Qarabağ" və ya "Neftçi" səviyyəsində deyil. Burada, "Sumqayıt"da Aleksey Baqa işləyirdi. Üstəlik, həmişə bizim giriş zonamızda olan ölkələri izləyirəm. Yaxşı stadionları var. Yeganə mənfi cəhət odur ki, süni meydançaların sayı çoxdur. Hər halda, Azərbaycan futboluna və millisinə daha da inkişaf etməyi arzulayıram".
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı
Azərbaycan çempionatının adı dəyişdi - Şəkillər
Skaloni: "Argentina millisi üçün vacib dövr başlayır"
Misli Premyer Liqasında növbəti baş məşqçi istefası
İspaniya millisi ilə yola davam…
Azərbaycandan Pakistan millisinə çağırıldı
Haalanddan maraqlı göstərici
Koul Palmer millinin heyətindən kənarda qaldı
“Zirə”nin üç legioneri milli komandalara dəvət aldı
“Barselona” futbolçusuna 500 milyon avro qiymət qoydu
Evində-eşiyində oynamamağın zülmü
“Sabah”ın oyunçusunun bu görüntüsü maraq doğurdu - Video
Almaniya millisi ilə vidalaşdı