"Biz çox şadıq. Qarşıda komandamızı çox maraqlı oyun gözləyir. Cümə günü keçirdiyimiz yoxlama matçından sonra biz tam olaraq "Qarabağ"la oyuna köklənmişik".
QOL.az xəbər verir ki, bu sözləri İsveçin "Elfsborq" komandasının futbolçusu Ahmed Kasem bildirib. O, klubun saytına açıqlamasında bu gün Azərbaycan çempionuna qarşı keçiriləcək Avropa Liqasının 6-cı turunun oyunu barədə fikirlərini açıqlayıb.
İsveç millisinin 21 yaşlı yarımüdafiəçisi deyib: "Fikrimcə, komanda yoldaşlarım da mənim razılaşar ki, bu, bizim üçün ilin ən vacib oyunu olacaq. Bizə xal, daha yaxşısı isə qələbə lazımdır. Yalnız bu barədə düşünürük. Əgər "pley-off"da oynamaq istəyiriksə, qələbəyə can atmalı və 2024-cü ili klubumuz, azarkeşlərimiz və özümüz üçün yaxşı sonluqla yekunlaşdırmalıyıq".
Bəs, "Elfsborq" 3 xalı necə qazana bilər?
Bu suala cavabında A.Kasem deyib: "Biz mütləq oyunumuzdakı intensivliyi yüksək saxlamalıyıq. Düşünürəm ki, meydanda çətin mübarizə olacaq, hər iki komanda qol vurmalıdır. Ancaq qalib gəlmək üçün hücumlardan lazımi istifadə etsək, yaxşı şansımız olacaq".
Ahmed Kasem "Qarabağ" barədə danışarkən bildirib:
"Qarabağ"ın 3 xalı var. Onlara da xal lazımdır. "Qarabağ"ın Avropa təcrübəsi böyükdür. Son 11 ildə Avropa kuboklarının qrup mərhələlərində oynayır. Bu, hücumda çoxlu yaxşı futbolçusu olan təcrübəli komandadır. Amma bizim üçün uyğun da ola bilərlər. Onlar Burosda soyuq hava ilə qarşılaşacaqlar. Biz buna öyrəşmişik. Amma rəqibimiz üçün belə hava xoş olmaya bilər. Ümid edirəm, dördüncü günü hava daha da soyuq olacaq".
Xatırladaq ki, "Elfsborq" - "Qarabağ" matçı bu gecə Bakı vaxtı ilə saat 00:00-da başlanacaq.
Hazırda turnir cədvəlində "Elfsborq" 4 xalla 28-ci, "Qarabağ" isə 3 xalla 32-cidir.
"Barselona" uduzdu
Ronaldo 6-cı, Messi 11-ci oldu
Mateta "Yuventus"a keçir
Milli narazı qaldı, CAF-a şikayət ünvanladı
"Atletiko"dan həm qələbə, həm antirekord
Ərəblərdən 18 yaşlı futbolçuya 40 milyonluq təklif var
"Liverpul" İtaliya klubunun müdafiəçisini hədəfə aldı
Millimizin üzvü oynadı, komandası qalib gəldi
Əfsanəvi futbolçunun oğluna "Ayaks"da vəzifə verildi
Emrelinin komandası əzmkar qələbə qazandı
Bu matçda qapılara 3 avtoqol vuruldu - Video
"Beşiktaş"ın futbolçusu millinin oyununda sıradan çıxdı
"Mənə xoş münasibət bəslənilməyən yerdə oynamaq istəmirəm"
“Real”ın qapıçısı İngiltərə klubuna keçə bilər
"Mançester Siti"dən La Liqa klubuna - Rəsmi
"Qəbələ" 7 qolla qalib gəldi
"Bu müddətdə möcüzə yaratmaq mümkün deyil" - Andrey Demçenko
"Araz-Naxçıvan"dan darmadağın
Xabi Alonso Bundesliqa klubunu çalışdıra bilər
“Qarabağ” 2 futbolçu üçün rəsmi təklif göndərdi
Mourinyodan “Real”la bağlı iddialara - Maraqlı cavab
Mbappe Anrini geridə qoydu
Arbeloa: "Peresi tənqid edənlər “Real”ı sevməyənlərdir”
Azərbaycan millisinin 2-ci rəsmi qolu - Video
“1000-ci qolu vurmaq üçün ən zəif liqada da oynayar”
“Fənərbaxça”dan nümunəvi addım
"Qarşıda bizi çox iş gözləyir" - Rəşad Eyubov
"Qalatasaray"ın xal itkisi - Video
500 min avroluq saatları oğurlandı
"Qalatasaray" heç-heçə etdi, "Başakşehir" qalib gəldi
"Bavariya"dan darmadağın, "Borussiya"dan qələbə
"Barselona"nın baş məşqçisi futbolçularına xəbərdarlıq edib
Afrika Millətlər Kubokunun bürünc mükafatçısı bəlli oldu
FİFA prezidentinin maaşı 4 dəfə artıb