“Mançester Siti”nin yarımmüdafiəçisi İlkay Gündoğan Çempionlar Liqasının Liqa mərhələsində ötən gecə "Yuventus"a uduzduqları (0:2) üçün komandasını tənqid edib.
QOL.az xəbər verir ki, o, "şəhərlilər"in oyunundan narazı qaldığını bildirib:
“Bu, çox məyusedicidir. Bir neçə qol vurmaq şansımız oldu, amma indiki məqamda belə görünür ki, hər bir rəqibin hücumu bizim üçün son dərəcə təhlükəli olur. Bilmirəm, mənə elə gəlir ki, biz oyuna çox yüngül yanaşırıq. Sadəcə oynamaq əvəzinə, hər şeyi çətinləşdiririk. Oyunumuz topa sahib olmaq üzərində qurulub. Əgər təhlükə yarada bilmirsinizsə, heç olmasa, topu itirməyin. Amma indi bunu edə bilmirik. Güvən böyük rol oynayır və təbii ki, bu həm də psixologiya məsələsidir. Hazırda biz davamlı olaraq yanlış qərarlar veririk”.
"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola isə görüşdən sonra İlkayın bu fikirlərinə münasibət bildirib: “Yuventus”a hörmət edirəm və onları gözəl oynadıqları üçün təbrik etmək istəyirəm.
Pressinqdə inanılmaz dərəcədə aqressiv idik, yaxşı şanslar qazandıq. Təbii ki, Vlahoviç hücumda çox güclüdür. Amma mən bizim oyun tərzimizdən çox razıyam”,
Qeyd edək ki, “Mançester Siti” hazırda Çempionlar Liqasının turnir cədvəlində 22-ci yerdədir.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi