"Real"ın futbolçusu Kilian Mbappe zədələnib.
QOL.az xəbər verir ki, 26 yaşlı hücumçu ötən gecə Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turunda "Atalanta" ilə görüşün 36-cı dəqiqəsində sıradan çıxıb. O, oyuna davam edə bilməyib və Rodriqo ilə əvəzlənib.
Madrid təmsilçisinin baş məşqçisi Karlo Ançelotti qarşılaşmadan sonra fransalı forvardın durumu haqqında danışıb. O deyib:
"Mbappenin zədəsi çox ciddi görünmür. Çox yüklənmə səbəbindən yaranan ağrı oldu".
Qeyd edək ki, Mbappe bu ilin yayında PSJ-dən ayrıldıqdan sonra "Real"a keçib. O, cari mövsümdə "Real" üçün 22 matça çıxıb, 12 qol vurub və 2 qolun ötürməsini verib. Kilian bu qollardan birinə ötən gecə "Atalanta" ilə görüşdə penaltini dəqiq yerinə yetirməklə imza atıb. Sözügedən matç "kral klubu"nun 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi