"Mançester Siti"nin 2 futbolçusu zədədən qayıtdı

"Mançester Siti"nin 2 futbolçusu zədədən qayıtdı
XƏBƏR 10 Dekabr 2024 / 22:05 1601
-  A +

"Mançester Siti"nin 2 futbolçusu zədədən qayıdıb. 

QOL.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb. Fil Foden və Mateo Kovaçiç Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turunda keçiriləcək "Yuventus"a qarşı oyundan əvvəl məşqdə iştirak ediblər. Onların yaxın zamanda yaşıl meydanlara qayıdacaqları gözlənilir. 

Qeyd edək ki, Fil Foden dekabrın 1-də "Liverpul"la matçdan (0:2) sonra, Mateo Kovaçiç isə noyabrın 9-da "Brayton"la görüşdən (1:2) sonra "Mançester Siti"nin heyətində oyuna çıxmayıblar. 


Son xəbərlər
03.12.25  14:12

Ronaldo, Benzema...

03.12.25  13:33

Son 68 ildə ilk dəfə