"Qarabağ" Avropa Liqasında növbəti oyuna hazırlaşır. Ağdam təmsilçisi turnirin 6-cı turunda İsveçdə "Elfsborq"la qarşılaşacaq. Matç İsveç vaxtı ilə dekabrın 12-si saat 21.00-da (Bakı vaxtı ilə 13 dekabr, 00:00-da) başlanacaq.
QOL.az-ın xəbərinə görə, bu məqsədlə Qurban Qurbanovun komandası sabah İsveçə yola düşəcək. Ağdam təmsilçisi yerli vaxtla saat 18:00-da çarter reysilə səfərə gedəcək. Matçın keçiriləcəyi Buros şəhərində ("Elfsborq"un təmsil etdiyi şəhər) beynəlxalq hava limanı olmadığından Ağdam komandasını aparacaq təyyarə əvvəlcə Göteborq aeroportuna eniş edəcək.
Bu, hardasa 6 saat yaxın yolçuluq deməkdir. Oradan isə komanda Burosa yollanacaq. Bu isə təqribən 1 saatlıq masafədir.
Beləliklə, "Qarabağ" "Elfsborq"la matç üçün 7 saatlıq uzun yol qət edəcək və yalnız gecə saatlarında kiçik şəhər olan Burosa çatacaq (73 min nəfər əhalisi var).
Ertəsi gün - dekabrın 11-də "Qarabağ" "Buros-Arena"da məşqə çıxacaq. Stadionun 18 minə yaxın tamaşaçı tutumu var.

"Qarabağ"ın iki futbolçusu oyunu buraxacaq
Qeyd edək ki, bu vacib oyun öncəsi "Qarabağ"da itkilər var. Komandanın mərkəz müdafiəçisi Kevin Medina "Neftçi"yə qarşı keçirilən Premyer Liqanın 15-ci turunun oyununda əzələsini dartdığı üçün bu ilin sonunadək yaşıl meydanlardan kənarda qalacaq. Kolumbiyalı futbolçu 16-cı turda "Sabah "la oyunu da buraxmalı olub.
Bundan başqa, Aleksey İsayev də qasıq yırtığından əməliyyat olunduğundan İsveçdəki oyunda iştirak edə bilməyəcək.
"Qarabağ"a nə lazımdır?
Qeyd edək ki, 5 turdan sonra "Qarabağ" 3 xalla 32-ci, "Elfsborq" isə 4 xalla 28-ci yeri tutur. Bu mənada, "24"lüyə düşmək üçüb hər iki komandaya, xüsusən də Azərbaycan çempionuna qələbə vacibdir.
"Elfsborq" noyabrın 10-da başa çatan 2024-cü il mövsüm İsveç çempionatını 7-ci yerə başa vurub. Hazırda komanda yalnız Avroliqada yarışır. Komanda son rəsmi matçını noyabrın 28-də Avroliqada İspaniyada "Atletik"ə qarşı keçirib və 0:3 hesabı ilə uduzub.
"Qarabağ" isə Misli Premyer Liqasında 15 oyundan 38 xalla 2-ci yerdədir. Ağdam təmsilçisi lider "Araz Naxçıvan"dan 1 xal geridə qalsa da, ehtiyatda 1 oyunu da var. Ötən şənbə günü "Sabah"a qarşı Premyer Liqanın 16-cı turunda "Qarabağ" heç-heçə edib (1:1).
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı