Futbol əfsanəsi Lionel Messi və dünya ulduzları Luis Suares, Serxio Buskets (Sergio Busquets) və Xordi Alba (Jordi Alba) Bakıya gəlirlər.
QOL.az xəbər verir ki, dekabrın 11-də Bakı Kristal Zalında keçiriləcək tədbirdə pərəstişkarlar dünyanın ən yaxşı futbolçusu – dünya çempionu, səkkiz dəfə “Qızıl top” mükafatı qazanan Lionel Messi və komanda yoldaşlarını görmək imkanı qazanacaq.
İştirakçılar futbol ulduzları ilə birlikdə maraqlı, unudulmaz anlar yaşayacaq, Messinin futbol həyatını və mübarizəsini əks etdirən filmi izləyə biləcək. Filmdə izləyicilərə futbol ulduzunun həyatı və karyerası ilə bağlı unikal anlar təqdim olunacaq.
Tədbiri xüsusi musiqi atmosferi müşayiət edəcək. Bakı Kristal Zalının səhnəsində dünyaşöhrətli bəstəkar və müğənni Villi Uilyam (Willy William), məşhur “Morandi” qrupu çıxış edəcək. İştirakçılara enerjili və yaddaqalan ritmlərlə musiqili proqram təqdim olunacaq.
Tədbir yalnız futbolsevərlər üçün deyil, həm də musiqi həvəskarları üçün unudulmaz anlar vəd edir.
Biletləri iTicket.az saytı və satış məntəqələrindən əldə etmək olar.
Bilet satışından əldə olunan vəsait xeyriyyə məqsədinə yönəldiləcək.
“İmişli”də yeni müqavilə
11 illik dövrün sonu
“Qarabağ”ın çəkisi çox ağırdır" - Qurban Qurbanov
Pley-off mərhələsindən uzaqlaşdılar, 4 xalları silindi
Milliyə yeni baş məşqçi təyin olundu
Yenidən Bundesliqaya qayıda bilər
"İnter"in yeni formaları - Şəkillər
Premyer Liqa klublarının hədəfinə düşdü
Baş məşqçi hakimdən narazı qaldı
Muaddib “Qarabağ”da məşqlərə başladı - Şəkillər
55 yaşlı futbolçu yenidən yaşıl meydanlarda - Video
Klub baş məşqçiyə görə təzminat tələb edə bilər
"Real"ın yeni kapitanı bəlli oldu
Haaland "Barselona"ya keçir?
"Beşiktaş"dan 10 milyonluq təklif
Premyer Liqadan düşsə, futbolçularını göndərəcək
DÇ-2026: Portuqaliya heyətində kimlər var?
"Bu, iki ən çətin çempionluqdan biri idi" - Rövşən Hüseynli
Futbolçulara gedəcəyini açıqlayıb
Avstriya millisinin DÇ-2026 üçün yekun heyəti