"Real"ın hücumçusu Vinisius Junior Madrid təmsilçisini tərk edə bilər.
QOL.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Vinisius həqiqətən də karyerasını Səudiyyə Ərəbistanında davam etdirmək istəyir. Braziliyalının ətrafı və futbolçunun özü son aylarda onlara təklif olunan məbləğlərlə maraqlanırlar. "Real" 24 yaşlı hücumçunu satmağa razı olsa, futbol tarixində ən böyük məbləği qazanacaq.
Bundan əvvəl Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubunun Vinisius ilə ciddi maraqlandığı barədə məlumatlar yayılıb.
Qeyd edək ki, Vinisius bu mövsüm bütün turnirlərdə 18 oyun keçirib, 12 qol vurub və 8 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalına görə, onun bazar dəyəri 200 milyon avrodur.
"Çelsi" Kellimanı satdı
Savinyo “Tottenhem”də
“Karvan-Yevlax”dan növbəti transfer
“Qarabağ”la oyun öncəsi “Tvente”də yeni müqavilə
Stadionda xaos: oyun 50 dəqiqə dayandırıldı - Şəkillər
Azərbaycan millisi Rumıniyanı da məğlub etdi
Şeydayev oynadı, komandası qalib gəldi
“Sabahkı oyunu səbirsizliklə gözləyirik” - Velko Simiç
“Çelsi” 3 dəfə təklif göndərdi, rədd cavabı aldı
Misli Premyer Liqasında 3-cü turun təqvimi
“Karvan-Yevlax” portuqaliyalı futbolçu transfer etdi
Son matçlarında huşunu itirən futbolçudan xəbər var