UEFA "Qarabağ" klubunu 26000 avro cərimələyib.
QOL.az "Report"a istinadən xəbər verir ki, buna Azərbaycan çempionunun Bakıda "Ayaks"a (Niderland) qarşı keçirdiyi UEFA Avropa Liqası matçında yaşananlar səbəb olub.
"Köhlən atlar" "komandanın düzgün olmayan davranışı"na (3 qırmızı, 5 sarı vərəqə) görə 14000 avro ödəyəcək.
Ağdam təmsilçisi sözügedən oyunda lazerdən istifadə olduğu üçün isə 12000 avro cərimələnib.
UEFA Avropa Liqasında Liqa mərhələsinin III turunun qarşılaşması qonaqların qələbəsi ilə yekunlaşıb - 3:0. "Qarabağ"ın heyətində Julio Romao ilə məşqçi Çudomir Çakarov birbaşa qırmızı vərəqə alıblar, Elvin Cəfərquliyev ikinci sarı vərəqədən sonra meydandan qovulub. Bundan əlavə, digər futbolçular - Abbas Hüseynov, Yassin Benzia, Kevin Medina, Marko Yankoviç və baş məşqçi Qurban Qurbanov sarı vərəqə ilə cəzalandırılıblar.
Xatırladaq ki, UEFA daha əvvəl, mövsümün əvvəlində "Qarabağ"ı 28500 avro cərimələyib.
“İmişli”də yeni müqavilə
11 illik dövrün sonu
“Qarabağ”ın çəkisi çox ağırdır" - Qurban Qurbanov
Pley-off mərhələsindən uzaqlaşdılar, 4 xalları silindi
Milliyə yeni baş məşqçi təyin olundu
Yenidən Bundesliqaya qayıda bilər
"İnter"in yeni formaları - Şəkillər
Premyer Liqa klublarının hədəfinə düşdü
Baş məşqçi hakimdən narazı qaldı
Muaddib “Qarabağ”da məşqlərə başladı - Şəkillər
55 yaşlı futbolçu yenidən yaşıl meydanlarda - Video
Klub baş məşqçiyə görə təzminat tələb edə bilər
"Real"ın yeni kapitanı bəlli oldu
Haaland "Barselona"ya keçir?
"Beşiktaş"dan 10 milyonluq təklif
Premyer Liqadan düşsə, futbolçularını göndərəcək
DÇ-2026: Portuqaliya heyətində kimlər var?
"Bu, iki ən çətin çempionluqdan biri idi" - Rövşən Hüseynli