Azərbaycan millisi sabah Millətlər Liqasının qrup mərhələsində son - 6-cı tur matçına çıxacaq. Komanda səfərdə İsveçlə qarşılaşacaq.
Millimizin bunadək keçirdiyi 5 oyundan 4-ü məğlubiyyət, 1-i isə heç-heçə ilə nəticələnib. Beləliklə, millimiz ən zəiflərdən ibarət olan D Liqasına düşməyə çox yaxındır.
Futbol mütəxəssisi Bəxtiyar Musayev milli komandamızın çıxışları haqda QOL.az saytına açıqlama verib.

O, əvvəlcə millimizin Estoniya ilə son oyunu (0:0) barədə danışıb: "Təəssüf ki, millimiz Estoniya ilə son oyunda da bizi məyus etdi. Həm göstərilən oyun, həm də nəticə ürəkaçan deyildi. Mütləq qələbə qazanmaq lazım idi ki, D Liqasına düşməyək. Amma mərhələ başlayanda hər kəs yuxarı pillədə qərarlaşmağı düşünərkən millimiz sonuncu pillədə qərarlaşıb. Ən zəiflər qrupuna düşməyin bir addımlığındayıq. Çox ağır mənzərədir. Millinin baş məşqçisi Fernandu Santuş barədə o, bu vəzifəyə təyin olunduğu zaman da danışmışam. Ona görə artıq bu haqda sadəcə ona demək istərdim ki, təyinatın yanlış olduğunu gördük. Millimiz sonuncu yerdədir".

Mütəxəssis Estoniyaya qarşı matçda real qol epizodlarının az olmasının səbəblərindən də söz açıb: "Estoniya ilə son oyunda ilk 20 dəqiqədən sonra üstünlük bizdə olsa da, real qol şansları yaratmaqda çətinlik çəkirdik. Uzun müddət topa nəzarət bizdə oldu. Amma real vəziyyət bir-iki dənə idi. Onu da onunla əsaslandırıram ki, geriyə, kənara - bir sözlə, lazımsız ötürmələr çox oldu. Bu çıxışımızı heç də qənaətbəxş saymaq olmaz. Təəssüflər olsun ki, nə nəticədə, nə də oyun baxımından heç bir irəliləyişə nail olmamışıq".
B.Musayev İsveçlə sabahkı oyundan gözləntilərindən danışıb: "Son oyunumuz səfərdə İsveç millisinə qarşıdır. Uğurlar arzulayıram. Başqa heç nə deyə bilmərəm. Təəssüf ki, nikbin gözləntim yoxdur. Bu uğursuz oyunlardan sonra səfərdə güclü İsveç millisi ilə qarşılaşacağıq. Təki bəxt yanımızda olsun və kiçik bir möcüzə baş versin ki, qələbə qazana bilək. Amma, heyf ki, bu, real görünmür. Yenə də milli bizim millimizdir. Ona görə uğurlar arzulayıram".
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?