Noyabrın 15-dən 16-na keçən gecə Arlinqtonda (ABŞ, Texas) super ağırçəkili boksçular arasında rəsmi döyüş keçiriləcək.
QOL.az-ın xəbərinə görə, boks dünyası uzun müddətdir bu döyüşü gözləyir. Bu da səbəbsiz deyil. Çünki rinqə çıxacaq döyüşçülərdən biri "Dəmir Mayk" ləqəbli keçmiş dünya çempionu əfsanəvi Mayk Taysondur.

Hazırda 58 yaşı olan Taysonun son peşəkar döyüşü düz 19 il əvvələ təsadüf edir. 2005-ci ilin 11 iyununda irlandiyalı Kevin Makbraydla qarşılaşan Tayson texniki nokautla uduzub.
Onun rəqibi isə özündən 31 yaş kiçik olan həmyerlisi, 27 yaşlı boksçu-videobloger Ceyk Pol olacaq. Bənzər halla indiyə qədər boks dünyası qarşılaşmayıb.

Görüş 8 raunddan ibarət olacaq. Döyüşün Bakı vaxtı ilə noyabrın 16-sə, təxminən saat 7:00-da başlanacağı gözlənilir. Bundan öncə isə daha 2 döyüş olacaq. Tayson - Pol qarşılaşması gecənin son boks döyüşüdür. Qarşılaşma Netxliks platforması vasitəsi ilə canlı yayımlanacaq.
Qeyd edək ki, Mayk Tayson indiyədək peşəkar boskda 58 döyüş keçirib, 50-də qələbə qazanıb (44-nü nokautla), 6-da uduzub, 2 döyüşdə qalib müəyyənləşməyib. Ceyk Pol üçün isə bu, 12-ci döyüş olacaq. O, daha əvvəl keçirdiyi 10 döyüşdə qalib gəlib, 1-də məğlub olub.
Boksçular nə qədər qazanacaq?
Xarici medianın yazdığına görə, bu döyüş üçün Ceyk Pol 40 milyon dollar, Mayk Tayson isə 20 milyon dollar qazanacaq.
Tayson rəqibini şillə ilə vurdu
Qeyd edək ki, dünən döyüşçülərin iştirakı ilə çəki dərəcəsi yoxlanılıb. Bu zaman Mayk Tayson rəqibinə şillə vurub.
Həmin anın görüntüləri...
“Bavariya”dan darmadağın
"Daha güclü “Şəfa” görəcəyik" - Zaur Həşimov
“Qarabağ” "Şəfa"ya, "Neftçi" "Qəbələ"yə qalib gəldi
Qəbələdə vurulan qollar - Video
“İlk qola qədər pis görünmürdük” - Amil Ağacanov
“Sabah" bizə müraciət etsə..." - Vernidub
MOİK "Xankəndi"ni məğlub etdi
Mourinyo: "Formula 1-dən öyrənəcəyimiz çox şey var"
"Qarabağ" - "Şəfa": Heyətlər
Yamaldan "Qızıl top" açıqlaması
Xavi sabiq futbolçusu olan bombardiri milliyə çağırmadı
"Sabah"dan 10 futbolçu milli komandalara dəvət alıb
"Qəbələ" - "Neftçi": Heyətlər
Tofiq Bəhramov stadionu təmir olunacaq
41 yaşlı Ronaldo yenidən milliyə çağırıldı
"3-4 şirkətlə aktiv danışıqlar gedir" - PFL rəsmisi
Azərbaycandan Surinam millisinə çağırıldı
Tomas Tuhel İngiltərə millisinin heyətini açıqladı
Azərbaycan kubokunun püşkü atıldı
"Sabah"ın futbolçusu 2 ildən sonra Polşa millisinə çağırıldı
Nəriman niyə bu dəfə milliyə dəvət edilmədi?
Türkiyə millisində karyerasını başa vurdu
"Liverpul"un gənc hücumçusu "Arsenal"a keçdi
Milliyə 30 futbolçu çağırıldı - Onlar kimlərdir?
Libertadores kubokunda yarımfinal cütləri müəyyənləşdi
Klopp millini necə dəyişir? – 44 futbolçu, 16 debütant
"Qarabağ"ın prezidenti bu bankın rəhbəri oldu
Azərbaycanda oynayan futbolçu millimizlə matça çağırıldı
Əfsanəvi futbolçu məşqçiliyə başlayır - Şəkillər
Avropa çempionatında 2 qələbə
Vinçentso İtaliano: "İlhan belə davam etsə..."
Lamin Yamal: “Qara” deyilməsi məni incitmir”
Hasan Şaş saxlanıldı
“Qartal” “Marsel”i belə “parçaladı” - Video
"Beşiktaş" və "Yuventus"dan qələbə - Avroliqa