Leverkuzen "Bayer"inin baş məşqçisi Xabi Alonso mövsümün sonunda klubu tərk edəcək.
QOL.az xəbər verir ki, bu barədə "Daily Mail" "Eurosport" nəşrinə istinadən məlumat yayıb.
42 yaşlı ispaniyalı mütəxəssisin Almaniya klubu ilə müqaviləsi 2026-cı ilin yayına qədər olmasına baxmayaraq, o, daha potensiallı klublara getməyə hazırdır. Alonso "Real" və "Bavariya" klublarından birini çalışdıra bilər. İspaniya klubunun prezidenti Florentino Perezin komandanın uğursuzluğu fonunda mütəxəssislə əlaqə saxladığı bildirilir. Həmçinin "Bavariya"da da hər şey stabil olmadığından mütəxəssislə maraqlanırlar.
Qeyd edək ki, Xabi Alonso 2022-ci ilin oktyabrından "Bayer"i çalışdırır. O, ötən mövsüm məğlubiyyətsizlik seriyasını qoruyaraq Leverkuzen təmsilçisi ilə Almaniya çempionluğunu qazanıb.
"Kəpəz" - "Sumqayıt" matçından - Video
Azərbaycan cüdoçusu dünya çempionu oldu
Zamiq oynadı, komandası qələbə qazandı
Premyer Liqada 5-ci tura yekun vuruldu
“Futbolçuların dəstəyə ehtiyacı var" - Azər Məmmədov
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
Misli Premyer Liqasında 19 günlük fasilə başladı
"Kəpəz" - "Sumqayıt" matçında heç-heçə, "Şamaxı"dan qələbə
Millinin oyunlarını buraxa bilər
Madrid derbisini “Atletiko” qazandı - Yenilənib
Muriqi poker etdi, “Fənərbaxça” 8 qolla qalib gəldi
"Şamaxı"nın qələbəsindən - Video
2-ci liqa: "Şirvan"dan böyükhesablı qələbə
Azərbaycan millisinin rəqibinin heyətində dəyişiklik
"Kəpəz" - "Sumqayıt": Heyətlər
Matçdan öncəki məşq zamanı qorxulu qəza - Video
“Barselona”nın müdafiəçisi sıradan çıxdı
2-ci liqada 6 oyunun saatı məlum oldu