Türkiyə Futbol Federasiyası millinin baş məşqçisi Vinçenzo Montellanın "Roma"ya keçəcəyi ilə bağlı iddialara açıqlama verib.
QOL.az xəbər verir ki, TFF-nin vitse-prezidenti Ceyhun Kazancı "TRT Spor" kanalına açıqlamasında deyib: "Belə bir klubun öz əfsanəsinə təklif etməsi təbiidir. Bizə gələn heç bir rəsmi təklif yoxdur. Rəsmi bir vəziyyət olarsa, qiymətləndiriləcək. Biz məşqçimizdən razıyıq və məşqçimiz də bizdən razıdır. Məncə məşqçimizin o istiqamətə meyli olmayacaq.
Həmişə danışdığımız şey 2026-cı il dünya çempionatına necə gedəcəyimiz və orada nə edəcəyimizdir. Hər iki tərəf bir-birindən razıdır. Yalnız bir hədəf var - 2026. İndi başımızı heç nə ilə qarışdırmayaq. Belə məsələlərdə müqavilədən çox niyyətə diqqət yetirmək lazımdır. Oradan gələn məlumatlara çox fikir verməyək. Məşqçinin niyyətinə diqqət edək. Dünən birlikdə nahar etdik. Danışdığımız tək şey 2026 dünya çempionatı idi. "Roma" söhbətimizin mövzusu deyil."
Xatırladaq ki, daha öncə mətbuatda "Roma"nın Vinçenzo Montella ilə maraqlanması bildirilib.
"İmişli"dən "Şəfa"ya
Haalanddan yeni rekord
FİFA futbolçu müqavilələri ilə bağlı qaydaları dəyişir
"Qarabağ" güclü komandadır, amma qələbə qazana bilərdik"
126 illik antirekordu təkrarladılar
Murad Məmmədovun komandasından qələbə
Derbinin qalibi “Mançester Siti” oldu
"Hər iki komanda 1 xala layiq idi" - Qurban Qurbanov
Futbolçuya hücum edildi, oyun yarımçıq dayandırıldı
Premyer Liqada 100-ə çatdı
“Araz-Naxçıvan” - “Turan Tovuz” matçından - Video
“VAR-a gedəndə başqa qərar gözləyirdim” - Kurban Berdiyev
La Liqa klubu baş məşqçisini göndərdi
“Bir səhvə yol versəniz, ehtiyatda qala bilərsiniz”
"Zirə" - "Qarabağ": Heyətlər
Qol sevincinə görə üzr istədi
"Borussiya" baş məşqçisi ilə yolları ayırdı
"Araz-Naxçıvan" - "Turan Tovuz": Heyətlər açıqlandı
Ronaldodan azarkeşlərin çirkin təxribatına sərt reaksiya