"Qarabağ"ın prezidenti Tahir Gözel Avropa Liqasının Liqa mərhələsinin 4-cü turunun “Bodo Qlimt”lə matçından (1:2) sonra klubun saytına açıqlama verib.
QOL.az xəbər verir ki, o, Azərbaycan xalqını 8 noyabr – Zəfər Günü və "Qarabağ"ın Avropa Liqasının yeni formatda keçirilən əsas mərhələsində qazandığı ilk qələbə münasibətilə təbrik edib:
“Xalqımızı 8 noyabr – Zəfər Günü münasibətilə təbrik edirəm. Ali Baş Komandanımız Cənab İlham Əliyevin başçılığı altında Müzəffər Ordumuzun qazandığı qələbənin ildönümü ərəfəsində “Qarabağ” növbəti qalibiyyətini əldə etdi. “Bodo Qlimt”ə qarşı səfərdəki matç çox ağır oldu. Rəqibin nə qədər güclü komanda olduğunu Avropa Liqasının liderləri sırasında yer alması da göstərir. “Bodo Qlimt” güclü rəqabətin olduğu Norveç çempionatında da liderdir. İlk üç turda uduzmayan, “Porto” kimi adlı-sanlı bir klubu məğlub edən komanda ilə qarşılaşırdıq. “Bodo Qlimt” ilk məğlubiyyətini komandamızdan aldı. Komandamla fəxr edirəm".
T.Gözel futbolçularına və azarkeşlərə təşəkkür edib: "Üstəlik, süni meydanda oynamalı olduq. Lakin rəqibin kimliyindən asılı olmayaraq, həmişə olduğu kimi, komandamıza inamımız böyük idi. Möhtəşəm mübarizə və qələbəyə görə futbolçularımıza təşəkkür edirəm. Çətin şimal səfərində komandamızı tək qoymayan azarkeşlərə də minnətdaram. Çox çətin oyunda vacib qələbə qazandıq. Bu komandaya inamım sonsuzdur. Mərhələnin sonuna qədər daha 4 oyunumuz var. Əminəm ki, komandamız gözəl oyunu ilə azarkeşlərimizi sevindirməkdə davam edəcək. Nəticələrdən asılı olmayaraq, ölkəmizi layiqincə təmsil etmək üçün əlimizdən gələni edəcəyik”.
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi
Lamin Yamal Arda Gülerin rekordunu qırdı
"Fənərbaxça"nın sabiq futbolçusu karyerasını başa vurdu
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
Fransa İnfantinoya dəstəyini geri çəkdi
Azərbaycan cüdoçularının ilk rəqibləri açıqlandı
Verdaskanın zədəsi ciddidir - "Kəpəz" açıqladı
Nəhəng kapitan internet qəhrəmanına çevrildi - Şəkil
Mendilibarı həmyerlisi əvəzlədi
"Mançester Yunayted" "Sahah"la yubiley oyununa çıxır
“Kamp Nou”da media sektoru yağış altında qaldı - Video
Jurnalist səhv etdi, Mourinyo düzəltdi
Yaya Ture bunu bacaran ilk afrikalı baş məşqçi oldu
"Olimpiakos" tarixi uğur qazanmış baş məşqçi ilə vidalaşdı
"Qarabağ"ın sabiq futbolçusu dünyasını dəyişib
"Hakim əleyhimizə işləyirdi" - Okan Buruk
Çempionlar Liqasının oyunları bu kanallarda
"Sabah"ın U-19 komandası da Mançester səfərində
Renat Dadaşovun yeni klubu açıqlandı
Yamal “Barselona”nın tarixinə düşdü
Zubir müqavilə bağladı və debüt etdi! - Şəkillər
"Qalatasaray"ın uğursuz startı - Video
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Ronaldo 979-cu qolunu vurdu
"Qalatasaray" məğlubiyyətlə başladı, PSJ-dən qol şousu - ÇL
“Barselona” “Feyenoord”u darmadağın etdi