Aprelin 1-də öz meydançasında dünya çempionatının seçmə qrup oyununda Rusiya millisini qəbul edəcək Lixtenşteyn oyuna ciddi yanaşır. Qol.Az-ın məlumatına görə, yerli mətbuata verdiyi açıqlamasında bu ölkənin futbol millisinin baş məşqçisi Hans-Peter-Zauq Azərbaycan millisi haqqında da danışıb: “Rusiya millisi ilə oyunumuz çox ağır olacaq. Rusların gücünü təsəvvür etməyə heç bir ehtiyac yoxdur. Onlar son Avropa çempionatının bürünc mükafatçılarıdır və heyətlərində xeyli səviyyəli futbolçu çıxış edir. Bununla belə doğma meydanımızda oynadığımızdan onlara layiqincə müqavimət göstərə bilərik. Üstəlik Rusiya bizdən əvvəl Azərbaycanla oynayıb buraya gələcək. Eşitdiyimə görə, Berti Foqtsun komandası hazırda bütün gücünü ruslarla qarşılaşmaya yönəldib və ciddi hazırlıq keçirlər. Bu isə onu göstərir ki, Hiddinkin komandasının işi heç də asan olmayacaq. Hazırkı vəziyyətə əsaslanıb deyə bilərəm ki, Rusiya millisi Moskvada azərbaycanlılara qarşı çox güc itirəcək. Bu isə bizim onlardan xal almaq şansımızı artırır”. Qeyd edək ki, Rusiya-Azərbaycan matçının oynanıldığı 28 mart günü Lixtenşteyn millisi istirahət edəcək.
“Sabah”a uduzduqdan sonra komandasını tənqid etdi
“Qarabağ” “Sabah”ı təbrik etdi
Bravo, “Sabah”!
Azərbaycan millisi “Antalyaspor”a qalib gəldi
"Qalatasaray" - "Barselona" matçının heyətləri açıqlandı
Kahim Perris Azərbaycan futbol tarixinə düşdü
Premyer Liqa klubları zərərlə işləyir
"Bu söhbətlərdən yorulmuşam"
“Real” La Liqanın oyun təqvimindən narazı qaldı
Azarkeşlər son anda qadağa ilə üzləşdi
"Sabah" - "Slaviya" matçının heyətləri açıqlandı
Danimarkanın tanınmış klubu satıla bilər
“Fənərbaxça” ilə oyun öncəsi “Aston Villa”da itkilər
“Yuventus” Ronaldo ilə bağlı qərardan şikayət etdi