Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunun "Srvena Zvezda" ilə matçı "Barselona" üçün əlamətdar olub.
QOL.az xəbər verir ki, bu barədə "Opta Sport" məlumat yayıb.
"Barselona" ötən gecə "Srvena Zvezda"ya 5:2 hesabı ilə qalib gəlib. Komanda cari mövsümdə ilk 16 oyunda vurduğu qolların sayını 55-ə çatdırıb. Bununla da Kataloniya təmsilçisi 74 illik klub rekordunu yeniləyib.
"Barselona"nın indiyədək mövsümün startında 16 matça vurduğu ən çox qol sayı 54-ə bərabər idi. Bu nəticə 1950/51 mövsümündə qeydə alınmışdı.
Əlavə edək ki, "Barselona" hazırda ÇL-in turnir cədvəlində 9 xalla 6-cıdır, La Liqada isə 33 xalla liderdir.
Dibala ölkəsinə qayıdır
Fati satılacaq
Birlikdə 100 qol vurdular
Alvares La Liqadan gedəcək?
"Atletiko" - "Arsenal" matçının start heyətləri açıqlandı
Muradov başladı, Cəfərli bitirdi
FİFA DÇ-2026-nın mükafat fondunu artırdı
"Şahdağ Qusar" və "Mingəçevir"dən qələbə, "Şəfa" xal itirdi