UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda "Sportinq" turnirin favoritlərindən sayılan "Mançester Siti"ni 4:1 hesabı ilə məğlub edib.
QOL.az xəbər verir ki, Portuqaliya klubunun çalışdırıcısı Ruben Amorim "Mançester Siti"nin əzəli rəqibi olan "Mançester Yunayted"ə baş məşqçi təyin edilib. 39 yaşlı mütəxəssis yeni işinə noyabrın 11-dən başlayacaq.
Göründüyü kimi, portuqaliyalı mütəxəssis "Mançester Yunayted"dəki işinə başlamamış artıq "Siti"yə ağır zərbə vurub.
Lissabonda keçirilən görüş həm də "Mançester Siti" üçün 6 ildən sonra antirekord kimi yadda qalıb. "Şəhərlilər" 2018-ci ildən bəri ilk dəfə ardıcıl 3 oyunda məğlub olur.
Qeyd edək ki, "Sportinq" hazırda ÇL-də 10 xalla 2-ci, "Mançester Siti" isə 7 xalla 6-cı pillədə qərarlaşıb.
“Milan”dan ayrılacaqlar
"Türkiyə ilə matçda sakit qalmalıyıq"
Klub azarkeşlərə görə cəzalandırıldı
Ronaldo Norveçlə matçda ehtiyatda
Litva - Azərbaycan matçından - Video
Kosovo uduzdu, Danimarkadan qələbə
Portuqaliya millisində itki
"Karyeramda belə məyusluq yaşamamışdım"
"Qəbələ" "Karvan-Yevlax"la qarşılaşdı
Oyundan imtina etdi, müdafiəçi ehtiyat qapıçı oldu
Azərbaycan millisi Litvadan xalla qayıdır
“İmişli” “Araz-Naxçıvan”a qalib gəldi
“Barselona”dan ayrıla bilər