Xəbər verdiyimiz kimi, UEFA Avropa Liqasının 5-ci turunun “Beşiktaş” (Türkiyə) - “Makkabi” (Tel-Əviv, İsrail) matçının bitərəf meydanda keçirilməsinə qərar verib. Əvvəlcə bu görüş İstanbula təyin edilmişdi.
Lakin təhlükəsizlik səbəbindən, Türkiyə hökumətinin müraciəti əsasında qarşılaşmanın noyabrın 28-də başqa bir ölkədə oynanılması qərara alınıb.
QOL.az-ın xəbərinə görə, bundan sonra görüşün Azərbaycanda keçirilməsi ilə bağlı fikir və təkliflər də səslənir. Lakin həmin gün üçün oyunun Azərbaycanda keçirilməsi ehtimalı çox azdır.
Bunun səbəblərinə gəlincə…
Əvvəla noyabrın 28-i Azərbaycan çempionu “Qarabağ” Fransanın “Lion” klubunu Bakıda qəbul edəcək. Deməli, avrokubok matçını qəbul etmək standartında olan stadionlardan biri - Tofiq Bəhramovun adını daşıyan arena məşğul olacaq.
Digər və ən böyük arena olan Bakı Olimpiya Stadionunda (BOS) isə ən yaxşı halda gələn ilin əvvəli oyunlar keçirilə bilər. Çünki COP-29 tədbiri Bakıda olacağından (11 noyabr-22 noyabr) arena bu mötəbər tədbir üçün ayrılıb. Odur ki, bu tədbir bitəndən 6 gün sonra keçirilməli olan “Beşiktaş” - “Makkabi” matçına stadionu hazır etmək fiziki və texniki baxımdan mümkün deyil. Deməli, BOS variantı da alınmır.
Azərbaycanda Avropa kubokunun Liqa mərhələsi üçün standarta cavab verən digər stadionlar “Neftçi Arena”, Mərdəkan stadionu və Sumqaytdakı Mehdi Hüseynzadə adına stadiondur.
Sumqayıt stadionu da həmin gün dolu olacaq. Çünki noyabrın 28-si Minsk “Dinamo”su Konfrans Liqasında “Kopenhagen”lə (Danimarka) oyununu məhz həmin arenada keçirəcək ki, bu da hələ bir neçə ay əvvəldən təsdiqlənib.
Bakının mərkəzindən xeyli uzaq Mərdəkanın da "Beşiktaş"ı cəlb edəcəyi inandırıcı deyil.
Odur ki, 28 noyabr tarixi üçün boş stadion olaraq yalnız 11 min tamaşaçı tutumuna malik "Neftçi Arena" qalır. Lakin “Beşiktaş”ın oyunu bu stadionda keçirib-keçirməmək istəyi məlum deyil. Əlbəttə, Türkiyənin böyük klubları üçün çox gəlir əldə etmək baxımından belə bir matçın Azərbaycanın daha böyük stadionunda (məsələn BOS-da) qəbul etmək daha maraqlı olardı. Lakin qeyd etdiyimiz kimi, bu stadionda oyun təşkil etmək indi alınmır. Odur ki, “Neftçi Arena”nın “Beşiktaş” üçün uyğun olub-olmayacağını biz yalnız qısa bir müddət sonra görəcəyik.
UEFA-nın yaydığı xəbərə görə, matçın hansı ölkədə keçiriləcəyi ilə bağlı “Beşiktaş”la müzakirə davam edir və yekun qərarla bağlı tezliklə açıqlama veriləcək.
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı
Azərbaycan çempionatının adı dəyişdi - Şəkillər
Skaloni: "Argentina millisi üçün vacib dövr başlayır"
Misli Premyer Liqasında növbəti baş məşqçi istefası
İspaniya millisi ilə yola davam…
Azərbaycandan Pakistan millisinə çağırıldı
Haalanddan maraqlı göstərici
Koul Palmer millinin heyətindən kənarda qaldı
“Zirə”nin üç legioneri milli komandalara dəvət aldı
“Barselona” futbolçusuna 500 milyon avro qiymət qoydu
Evində-eşiyində oynamamağın zülmü
“Sabah”ın oyunçusunun bu görüntüsü maraq doğurdu - Video
Almaniya millisi ilə vidalaşdı
Yenə Gəncə, yenə ən çox azarkeş!
1000-ci oyun, 550-ci qələbə
Simoenedən Mourinyoya: "Sərhədi keçməməlisən"
Ağır məğlubiyyətdən sonra istefa verdi
Kadıköydə qol yağışı - Video
Messi 930-cu qolunu vurdu - Video
Azərbaycan millisinin düşərgəsində yaşananlar - Şəkillər
"Fənərbaxça" 8 qolla qalib gəldi, "Beşiktaş" uduzdu
“Sabahın Ulduzları”nda finalçılar məlum oldu
"Kəpəz" - "Sumqayıt" matçından - Video
Azərbaycan cüdoçusu dünya çempionu oldu
Zamiq oynadı, komandası qələbə qazandı
Premyer Liqada 5-ci tura yekun vuruldu
“Futbolçuların dəstəyə ehtiyacı var" - Azər Məmmədov
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
Misli Premyer Liqasında 19 günlük fasilə başladı
"Kəpəz" - "Sumqayıt" matçında heç-heçə, "Şamaxı"dan qələbə
Millinin oyunlarını buraxa bilər
Madrid derbisini “Atletiko” qazandı - Yenilənib