“Barselona”nın bütün futbolçuları hava şəraiti ilə əlaqədar idman zalında məşq etmək məcburiyyətində qalıblar.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Güclü yağış səbəbindən şəhəri su basıb.
Ona görə də Kataloniya təmsilçisinin oyunçuları məşqlərini idman zalında edirlər.
Xatırladaq ki, daşqın səbəbindən İspaniya Kral Futbol Federasiyası (RFEF) ölkə kubokunun 2 görüşünü - "Pontevedra" - "Levante" və "Parla Eskuela - "Valensiya" matçını müvafiq olaraq oktyabrın 30-dan 6 və 7 noyabra təxirə salmışdı. Daha sonra La Liqanın "Valensiya" - "Real" və "Vilyarreal" - "Rayo Valyekano" matçları təxirə salınıb.
İspaniyada bəzi rayonlarda yolları su basıb, evlərə və avtomobillərə ziyan dəyib. 100-dən çox insan həyatını itirib.
Osimhen əməliyyat olundu
Tudoru o əvəzləyə bilər
Qrizmann bu kluba keçir
Flikin "Barselona"sı Valverdenin rekorduna yaxınlaşır
Dörd gün ərzində iki qırmızı vərəqə aldı
"Real" futbolçularının milliyə çağırılmasına etiraz etdi
"Titullar meydanda qazanılır"
"Kristal Pelas"da Şon Dayç dövrü başlaya bilər
"Son oyunundan məmnun qalmadım, rotasiya etdik"
"Tottenhem"dən ağır məğlubiyyət
Səfər qadağası "Ayaks" azarkeşlərini dayandırmadı - Video
Nəriman ilk oyunundan paylaşım etdi - Şəkillər
Sonuncu pillədə yer alan klubda yeni baş məşqçi təyinatı
"Barselona" liderliyini möhkəmləndirdi