"Hakimin simpatiyası açıq-aşkar rəqibə tərəf idi. Verilməyən penaltilərimiz oldu. Bütün ikili mübarizələrdə hakimlər meydan sahiblərinin xeyrinə qərar verirdilər".
QOL.az xəbər verir ki, bu sözləri "Kəpəz"in futbolçusu Rauf Hüseynli klubun mətbuat xidmətinə açıqlamasında deyib.
O, əvvəlcə Misli Premyer Liqasının 11-ci turunun "Turan Tovuz" ilə matçı (1:2) haqqında danışıb. Futbolçu bu görüşün komandasının yaxşı oyunu ilə yanaşı, matçın hakim idarəçiliyi ilə gündəmə gəldiyini söyləyib: "Komanda şəklində yaxşı oyun sərgilədik, final fitinə kimi səylə mübarizə apardıq. Konkret mənimlə bağlı epizodda rəqib arxadan zərbə endirdi. Rəqib oyunçu topla aidiyyatı olmadan sırf mənə qarşı kobud oynadı. VAR-a baxmaq üçün hakimə müraciət etdik, vecinə almadı. Belə hakimlərin liqada oyun idarə etməsi nə dərəcədə düzdür, bilmirəm. Amma bunun bizə aidiyyatı yoxdur, müvafiq qurumlar hakimliyi araşdırmalıdırlar. Biz öz işimizi görməyə davam edəcəyik. Üzərimizdə daha çox işləyib irəli getməliyik. İnşallah, gələn oyunlarda xal və ya xallar qazanmaq üçün əlimizdən gələni edəcəyik".
Rauf sabah Tovuzda "Səbail"ə qarşı keçirəcəkləri oyundan da söz açıb: "Hazırlığımız yaxşı keçib. Komandada ab-hava yaxşıdır, hər şey qaydasındadır. Belə hadisələr bizim üçün yaxşı motivasiya mənbəyi olur. Əlimizdən gələni edəcəyik ki, maksimum nəticə qazanıb həm azarkeşləri sevindirək, həm də turnir cədvəlində vəziyyətimizi yaxşılaşdıraq".
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi
Lamin Yamal Arda Gülerin rekordunu qırdı
"Fənərbaxça"nın sabiq futbolçusu karyerasını başa vurdu
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
Fransa İnfantinoya dəstəyini geri çəkdi
Azərbaycan cüdoçularının ilk rəqibləri açıqlandı
Verdaskanın zədəsi ciddidir - "Kəpəz" açıqladı
Nəhəng kapitan internet qəhrəmanına çevrildi - Şəkil
Mendilibarı həmyerlisi əvəzlədi
"Mançester Yunayted" "Sahah"la yubiley oyununa çıxır
“Kamp Nou”da media sektoru yağış altında qaldı - Video