“Qarabağ”ın müdafiəçisi Toral Bayramov Misli Premyer Liqasının 12-ci turunun "Turan Tovuz"a qarşı səfər matçından sonra oyunla bağlı jurnalistlərə fikirlərini bildirib.
O, QOL.az saytının da suallarına cavab verib.
- “Turan Tovuz”la səfərdə heç-heçə (0:0) etdiniz. Bu nəticəni necə şərh edərdiniz?
- Çətin oyun olacağını bilirdik. Matça yaxşı hazırlaşmışdıq. Çempionat başlayandan yalnız bir məğlubiyyətimiz var. Onu da “Turan Tovuz”dan almışıq. Rəqib kollektiv şəkildə yaxşı mübarizə aparır.
- Qələbə qazanmaq üçün nə çatmadı?
- Konkret bir söz deyə bilmərəm. Epizodları izləmək, oyunu analiz etmək lazımdır.
- Ardıcıl ikinci oyunda da “Turan Tovuz”u məğlub edə bilmədiniz. Bunun səbəbi nədir, niyə bu komandaya qarşı oyununuz istədiyiniz kimi alınmır?
- Deməzdim ki, nəsə alınmır. Sadəcə bütün komandalar bizə qarşı xüsusi motivasiya ilə oynayırlar. “Turan Tovuz”da isə bu istək daha yüksəkdir. Pis oynamadıq. Fürsətlərdən yararlana bilmədik və bu da xal itkisinə gətirib çıxardı.
- Lakin rəqibin də şansları var idi, məğlub ola da bilərdiniz...
- Bəli, onlarım da qol fürsətləri var idi. Qapıçımız yaxşı oynadı. Ümumi götürdükdə heç-heçəni ədalətli nəticə sayıram.
- Qarşıdan Avroliqada Norveçdə “Bodo Qlimt”lə oyun gəlir. Həmin matçdan gözləntiləriniz necədir?
- Rəqib haqda məlumatımız çox deyil. Artıq sabahdan həmin görüşə hazırlaşacağıq. Ümumi bilirik ki, yaxşı komandadır. Nəticələri də göz önündədir.
- “Turan Tovuz”la matçdakı xal itkisi Norveç səfəri öncəsi komandaya psixoloji cəhətdən mənfi təsir etməyəcək?
- Yox, bu futboldur. Bu gün olan bugündə də qalır. Biz Avropa Liqasında oynayırıqsa, bunları düşünməməliyik. Əlimizdən gələni edəcəyik ki, Norveç səfərində sərfəli nəticə qazanaq.
- UEFA Avropa Liqasında ardıcıl 3 məğlubiyyətdən sonra “Bodo Qlimt”lə matçı turnirdəki gələcək perspektiv baxımından son şans saymaq olar?
- 3 oyundan heç birində zəif oynamamışıq. Sadəcə sonluğu gətirə bilməmişik. İnanıram ki, “Bodo Qlimt”lə matçda şanssızlıq olmaz, yaratdığımız fürsətlərdən yararlanarıq. Hər oyuna qələbə üçün çıxırıq. Bu matç da istisna olmayacaq.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?