Leandro Andradenin durumu necədir?

Leandro Andradenin durumu necədir?
XƏBƏR 2 Noyabr 2024 / 02:01 292
-  A +

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 12-ci turunda "Turan Tovuz"la matçda zədələnən futbolçusu Leandro Andradenin durumu haqda danışıb.

QOL.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi görüşün 25-ci dəqiqəsində sıradan çıxıb. O, 36-cı dəqiqədə Emmanuel Addai ilə əvəzlənib.

Q.Qurbanov isə matçdan sonra açıqlamasında bildirib ki, Leandronun zədəsinin ciddi olmadığını düşünür: "Belində ağrı hiss etdi. Ona görə də meydandan çıxdı. Sərt mübarizə oldu. Məncə, elə böyük problem olmaz".

Qeyd edək ki, "Turan Tovuz" - "Qarabağ" oyunu 0:0 hesabı ilə yekunlaşıb.


Son xəbərlər