"Liverpul" 75 azarkeşinə ömürlük qadağa qoydu

"Liverpul" 75 azarkeşinə ömürlük qadağa qoydu
XƏBƏR 1 Noyabr 2024 / 14:47 1305
-  A +

"Liverpul" 75 azarkeşinə ömürlük stadiona giriş qadağası qoyub.

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. "Liverpul"un belə qərar qəbul etməsinə səbəb fanatların öz biletlərini yenidən satmasıdır.

Artıq həmin şəxslərin "Liverpul"un ev oyunlarını keçirdiyi "Enfild" stadionuna gəlməsi qadağandır. Klubun bu qərar qətidir və nəzərdən keçirilmir.

Bundan əlavə, bilet satışı ilə məşğul olan 136 nəfər qeyri-müəyyən müddətə işdən kənarlaşdırılıb. Onlar möhtəkirliyə əl ataraq, abonement və biletlərdən istifadə qaydalarını da pozublar.


Son xəbərlər