Azərbaycan millisinin baş məşqçisi Vitali Borisov yığmanın təlim-məşq toplanışı haqqında danışıb.
QOL.az xəbər verir ki, mütəxəssis Azərbaycan Futzal Federasiyasının saytına açıqlamasında Bakıda 3 məşq keçirəcəklərini söyləyib: “Bu gün hazırlığa başladıq. Komanda Bakıda 3 məşq keçəcək. Bu da daha çox taktiki planda olacaq və standartların yerinə yetirilməsi üzərində işləyəcəyik. Noyabrın 3-də Bosniya və Herseqovinaya yola düşəcəyik. Orada oyundan əvvəl bir məşqimiz olacaq. Daha sonra 2 görüş keçirəcəyik".
O, Bosniya və Herseqovina yığması ilə yoldaşlıq oyunları keçirəck Azərbaycan millisinin səfərə tam heyətlə yollanmayacağını bildirib: "Səfərə tam heyətlə yollana bilməyəcəyik. Bilirsiniz ki, qapıçımız Rövşən Hüseynli karyerasını Qazaxıstanda davam etdirir. Düşündük ki, o klubunda qalsın və çempionat oyunlarında iştirak etsin. Çünki Qazaxıstan çempionatının oyunları davam edir. Eləcə də zədə və digər səbəblərdən bu toplanışa qatılmayan futzalçılarımız var. Ümumi götürdükdə, komandada vəziyyət yaxşıdır, uşaqlar istəklidirlər. Artıq Azərbaycan çempionatı da start götürüb və 3 tur oynanılıb. Bu da futzalçıların oyun təcrübəsi qazanması, milliyə daha hazırlıqlı gəlməsi baxımından önəmlidir".
V.Borisov sonda vurğulayıb ki, bu yoldaşlıq oyunları Avro-2026-nın əsas mərhələsi çərçivəsində dekabrın 17-də Bakıda İsveçə qarşı keçirəcəkləri görüş üçün hazırlıq xarakteri daşıyır: "Təbii ki, hər iki yoldaşlıq oyunu İsveçlə dekabrın 17-də Bakıda keçirəcəyimiz rəsmi matça hazırlıq xarakteri daşıyır. Rəqibimiz yaxşı komandadır. “Araz-Naxçıvan”la UEFA Çempionlar Liqasının ilkin mərhələsində İsveç çempionuna qarşı oynamışıq. Həmin heyətdə millinin 5-6 futzalçısı yer almışdı. Demək olar, son 5-6 ildə milliləri eyni heyətlə çıxış edir. Bizi çətin qarşılaşma gözləyir”.
“Komandanın hazırkı vəziyyəti məni qane edir” - Rui Jorje
Qrizmann ilin ən yaxşı futbolçusu seçildi
34 yaşında karyerasını bitirdi
Azərbaycan millisi İraqla qarşılaşdı
Yığmamız Farer adalarına qalib gəldi
Yüksək maaşı İngiltərəyə dönüşünə mane olur
Yalnız ÇL-də çıxış edəcək kluba keçməyə hazırlaşır
"Xankəndi"nin evdəki ilk oyununa maraq necədir?
Vinisius baş məşqçidən narazı qaldı
“Mançester Yunayted” onu hədəfə aldı
“Araz-Naxçıvan”ın zədəli futbolçusundan xəbər var
Qazaxıstan millisinin baş məşqçisi ilə müqavilə uzadılmadı
Braziliya Sinqapura 7 qol vurdu
Nurmaqomedovlar həbsdən azad edildilər
Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazandı
1-ci liqada oyunların saatı açıqlandı
Orsatonun gəlişindən sonra qayda pozuntularının sayı azalıb
Azərbaycanı dünya çempionatında təmsil edəcək şahmatçılar
Dünya çempionu vəfat etdi
Bu gün QOL.az saytının 18 yaşı tamam olur
"Arsenal" onunla razılaşdı
Gəncədə "Qarabağ"la oyuna böyük maraq var
1 qola görə mümkün pley-off-dan kənarda qaldıq
Millidə debüt matçında qol vuran Eşqin: "Çox xoşbəxtəm"
Bugünkü oyunları yayımlayacaq kanallar
Niderland millisindən tarixi antirekord
Başından top zərbəsi alan futbolçu vəfat etdi
Millətlər Liqasında qrup mərhələsi yekunlaşır
Xavi: “Bu, biabırçılıqdır”
“Portuqaliyanın uduzmasına sevindim” - Ronaldonun anası
“Onu “Qarabağ”dan transfer etmək istəyirdik, alınmadı”
İngiltərə klubu yeni baş məşqçisini rəsmən açıqladı
UEFA-nın FİFA prezidentliyinə namizədi oldu
“Neftçi”nin legioneri qələbədə iştirak etdi
“Bundan da yaxşı ola bilərik” - Ayxan Abbasov
İki boksçumuz Avropa çempionatına qələbə ilə başladı
“Şirvan” 3 xalı 5 qolla qazandı - Video
Azərbaycan millisi Andorraya qalib gəldi
“Kamp Nou”nun tam hazır olacağı tarix açıqlandı
Emin Mahmudova xüsusi hədiyyə təqdim olundu - Şəkillər
“Turan Tovuz”un futbolçusunun yığması uduzdu
Stas Pokatilov millidə növbəti oyuna çıxdı
Andorra - Azərbaycan: Heyətlər
“Real”a keçə bilər
"Qaradağ Lökbatan"ın 7 qollu qələbəsindən - Video
“Qalatasaray”ın ev oyunu stadionu dəyişdirildi
“Qaradağ Lökbatan” və “Şirvan”dan böyükhesablı qələbə