DÇ: Güləşçilərimiz üçün medal şansı

DÇ: Güləşçilərimiz üçün medal şansı
GÜLƏŞ 31 Oktyabr 2024 / 10:44 8028
-  A +

Bu gün Albaniyanın paytaxtı Tiranada güləş üzrə dünya çempionatına (qeyri-olimpiya çəkiləri) yekun vurulacaq.

QOL.az xəbər verir ki, son gündə  Azərbaycan millisinin 3 güləşçisi təsəlliverici görüşlərə çıxacaq. 

61 kq çəki dərəcəsində təmsilçimiz Nurəddin Novruzov Peter Hammerlə (Kosta-Rika) qarşılaşacaq.

Orxan Abasov  (79 kq) təsəlliverici görüşdə Suldxu Olonbayarla (Monqolustan) üz-üzə gələcək.

Abubakr Abakarov (92 kq) isə təsəlliverici görüşdə Devid Teylorla (ABŞ) güləşəcək.

Qeyd edək ki, DÇ-də Azərbaycanın yunan-Roma güləşçiləri Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (63 kq) və Ülvü Qənizadə (72 kq) qızıl medal qazanıblar.

Daha çox


Qarabağ FK
Son xəbərlər
24.08.26  10:30

39-cu qapıçı

24.08.26  09:59

Salahın dublu - Video

topaz banner