Salah Premyer Liqa tarixinin bombardirləri siyahısında irəlilədi

Salah Premyer Liqa tarixinin bombardirləri siyahısında irəlilədi
XƏBƏR 28 Oktyabr 2024 / 15:15 629
-  A +

İngiltərə Premyer Liqasının 9-cu turunun "Arsenal"la matçı "Liverpul"un futbolçusu Məhəmməd Salah üçün əlamətdar olub. 

QOL.az xəbər verir ki, 32 yaşlı hücumçu sözügedən matçda (2:2) qol vurub.

Misirli forvard bununla da Premyer Liqadakı qollarının sayını 163-ə çatdırıb. O, belə nəticə ilə turnirin bombardirləri siyahısında 8-ci yerə yüksəlib. Salah "Liverpul"un məşhur sabiq futbolçusu Robbi Faulerlə eyni göstəriciyə malikdir.

Xatırladaq ki, Premyer Liqa tarixinin bombardiri hesabında 260 qolu olan Alan Şirerdir.

Qeyd edək ki, Salah bu mövsüm bütün yarışlarda 13 matça çıxıb, 8 qol vurub və 7 qolun ötürməsini verib. Onun klubla hazırkı müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. 


Son xəbərlər