İstanbul derbisini "Qalatasaray" qazandı

İstanbul derbisini "Qalatasaray" qazandı
XƏBƏR 28 Oktyabr 2024 / 22:58 3855
-  A +

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi oynanılıb.

QOL.az xəbər verir ki, 10-cu tur çərçivəsində "Qalatasaray" "Beşiktaş"ı qəbul edib.

 "Rams Park" stadionunda keçirilən oyun "Qalatasaray"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu komandalar son dəfə Türkiyə Superkuboku görüşündə üz-üzə gəliblər. Avqustun 3-də oynanılan qarşılaşmada "Beşiktaş" 5:0 hesablı qələbə  qazanıb.

Superliqada isə "Qalatasaray"la "Beşikta" arasındakı son matç isə martın 3-də keçirilib. Həmin vaxt "Qalatasaray" 1:0 hesablı qələbəyə sevinib.

Bu nəticədən sonra Supeliqanın turnir cədvəlində "Qalatasaray" 28 xalla liderdir (10 oyuna). "Beşiktaş" isə 20 xalla (8 oyuna) 4-cüdür.

Türkiyə Superliqası, 10-cu tur

21:00. "Qalatasaray" - "Beşiktaş"  - 2:1

Qollar: Sançez, 13, Osimhen, 67 -  Muçi, 90+4

Baş hakim: Arda Kardeşler

"Rams Park".

Daha çox


Son xəbərlər