Qurban Qurbanovun 500-ü

Qurban Qurbanovun 500-ü
XƏBƏR 28 Oktyabr 2024 / 12:00 1740
-  A +

Qurban Qurbanov "Qarabağ"ın baş məşqçisi kimi Premyer Liqada 500-cü oyununu keçirib.

QOL.az PFL-in saytına istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının 11-ci turuna təsadüf edib. Ağdam klubu yubiley görüşündə “Şamaxı”nı 3:0 hesabı ilə məğlub edib.

17-ci mövsümdür “Qarabağ”ı çalışdıran Qurbanovun debütü 2008-ci avqustun 9-da “Bakılı” ilə səfər görüşünə təsadüf edib. Həmin qarşılaşmada onun komandası 2:1 hesabı ilə qalib gəlib. Ağdam klubu onun baş məşqçi olduğu müddətdə Premyer Liqada 315 qələbə qazanıb, 116 heç-heçə edib və 69 dəfə uduzub.

Qeyd edək ki, Qurbanov ölkə çempionatları tarixində həm eyni komandada, həm də ümumilikdə ən çox oyun keçirən baş məşqçidir. 


Qarabağ FK
Son xəbərlər
topaz banner