“France Football” nəşri tərəfindən hər ilin ən yaxşı oyunçusuna verilən “Qızıl top” mükafatının qalibi məlum olub.
QOL.az xəbər verir ki, mükafatın təqdimetmə mərasimi Parisdəki “Şatle” teatrında keçirilib.
Həmçinin oxuyun: "Qızıl top"a namizədlərin siyahısı - Ronaldo və Messi yoxdur
2024-cü il "Qızıl top" mükafatına əsas namizəd "Real"dan Vinisius Junior olsa da, mükafatı İspaniya millisinin və “Mançester Siti”nin üzvü Rodri qazanıb.
Vinisius Junior ikinci yeri tutub. Onun “Real”dakı komanda yoldaşı Cud Bellinqem isə üçüncü olub.
Ötən mövsüm Rodri “Mançester Siti”nin heyətində keçirdiyi 50 matçda 9 qol vurub, 14 məhsuldar ötürmə müəllifi olub.
O, “Mançester Siti” ilə İngiltərə Premyer Liqasının və klublararası dünya çempionatının qalibi adını qazanıb. Rodri həmçinin İspaniya millisinin heyətində Avropa çempionu olub.
Rodri “Qızıl top”u qazanan sayca üçüncü ispan futbolçudur. Ona qədər “Real”ın sabiq hücumçusu Alfredo Di Stefano (1957, 1959) və “Barselona”nın keçmiş yarımmüdafiəçisi Luis Suares (1960) mükafatı qazanıblar.
Qeyd edək ki, “Qızıl top”un son qalibi Lionel Messi idi. O, həmçinin tarixdə ən çox bu mükafatı qazanan oyunçudur (8 dəfə).
"Zirə"də ilk ayrılıq
"Çelsi"dən ayrıldı
"Nəticə bizim üçün önəmlidir" - U-21 millimizin üzvü
Azərbaycanın U-19 millisinin heyətində dəyişiklik
"İnter" İnzaqinin gedişini açıqladı
"Şamaxı"da daha bir müqavilə
"Liverpul" qapıçısını satdı
Niderland millisinin üzvü "Bayer"də
İnzaqi "İnter"i ərəb klubuna dəyişir
"Zirə"nin daha iki legioneri milliyə çağırıldı
Pepe Reyna məşqçiliyə başladı
"Xabi "Real"ı təhlükəli komandaya çevirəcək"
"Sumqayıt" 3 futbolçusu ilə yolları ayırdı
“Qarabağ”dan regionda bir ilk
Azərbaycanın iki boksçusuna ağır cəza...
"Çelsi"dən yeni transfer
Qvardiola Xabi Alonso haqda
Selçuk İnan Superliqa klubunda
"Mançester Yunayted"in kapitanından ərəblərə rədd cavabı